Qapılar
İnsanların günlük həyatlarını asanlaşdıran, həyat standardını yüksəldən, konforlu şərait yaradan və pratikliyi təmin edən, müxtəlif ehtiyacları qarşılayan bəzi əşyalar vardır. Ev, mənzil, ofis, restoran, məktəb və daha bir çox yaşayış məkanlarında və insan həyatının ayrılmaz məkanlarında istifadə edilən əşyaların başında gələn qapılar məhrəmiyyət, təhlükəsizlik və güvənliyi təmin edir. İnsan yaşamının olmazsa olmazı olan qapılar evlərin, mənzil və digər məkanların girilşini və umumi xarakterini göstərən əşyalardır. Hər hansı bir evi, ofisi, iş yerini, ümumilikdə isə hər hansı bir tikilini qapısız təsəvvür etmək mümkün deyil. Bu səbəblə də qapılar bir çox yerlərdə istifadə edilir. Qapı dedikdə ağlımıza sadəcə qapalı məkanlarda və daxili məkanlarda otaqları bir birindən ayıran əşyalar gəlmir. Açıq məkanlarda, həyətlərin girişlərində, eləcə də bina girişlərində və bağçalarda müxtəlif xüsusiyyətli qapılardan istifadə edilir.
Qapı Nədir?
Ümumilikdə kilid mexanizmasına və qıfıl sisteminə malik olan qapıların qıfılsız və kilidsiz olan növləri də mövcuddur. Qapılar xarici və daxili məkanı bir-birindən güvənli şəkildə ayıran vasitələr olmaqla birlikdə, həmçinin daxili məkanın otaqları arasında da tez-tez zistifadə edilən vasitədir. Daxili məkanın ev ilə və ya digər tikililər ilə ayrılmasına və arada sərhəd yaradılmasına xidmət edən qapılarda əsasən kilid sistemlərindən istifadə edilir. Ancaq, otaqları bir birindən ayıran bəzi qapılarda bu mexanizmdən istifadə edilməyə də bilər. Ebatları, ölçüləri, uzunluqları və eninə görə fərqli qapı modelləri mövcuddur. Standard qapı modelləri arasından istədiyiniz məhsulu seçə bilər və ya fərqli ölçülərdəki qapılara nəzər yetirə bilərsiniz.
Qapı Çeşidləri Nələrdir?
İstənilən yaşayış massivlərində, insanların yaşadığı və toplandığı müxtəlif məkanlarda qapılardan istifadə edilir. İstər evlər, mənzillər, bina girişləri və həyət evlərinin həyət girişlərində, istər də ofislərdə, iaşə obyektlərində və ya böyük sənaye obyektlərində qapılardan istifadə olunur. Daxili məkanda və ya xarici məkanda istifadəsinə görə qapılar iki hissəyə ayrılsa da, materialına, istifadə məqsədinə və bir çox xususiyyətlərə görə qapıları fərqləndirmək olar. Həyət evlərində həyət girişləri üçüün böyük darvazalardan və ya bir az daha kiçik iki taylı dəmir qapılardan istidə oolduqca geniş yayılmışdır. Bundan başqa, binaların giriş qapıları, podyez qapıları, eləcə də mənzillərin giriş qapılarında xüsusi kilid mexanizmasına sahib olan çəlik qapılardan istifadə edilir.
Qapı Nə İşə Yarar?
Xarici məkan ilə daxili məkanı bir birindən güvənli şəkildə ayıran, xüsusi kilid, qıfıl sisteminə sahib olan çəlik qapılarla yanaşı, daxili məkanlarda otaqların bir birindən ayrılmasına xidmət edən qapı modelləri də 1001 Home’un qapı məhsulları arasında öz yerini tutur. Çox satılan məhsullar arasında olan daxili məkanlarda istifadə olunan qapılar istifadə ediləcək otağa görə fərqli materiallarda qarşınıza çıxa bilər. 1001 Home’dan istənilən model otaq qapısı çeşidlərini uyğun qiymətlərlə əldə edə bilərsiniz. Fərqli materiallardan hazırlanan otaq qapıları zövqünüzə və büdcənizə uyğun şəkildə sizlərə təqdim olunur. Əsasən taxta materiallardan hazırlanan otaq qapılarından yataq otaqlarında, qonaq otağında və mətbəx otaqlarında istifadə edilir.
Qapıların İstifadəsi
Müxtəlif növ materialdan hazırlanan otaq qapıları işçiliyinə, dekorasiyasına və ölçülərinə görə bir birindən fərqlənir. Bəzi qapılar güzgülü və ya aynalı olaraq emal edilir. Hamam və tualet üçün, eləcə də, balkonlar üçün nəzərdə tutalan PVC qapılar da MinBir Home’un çox satılan məhsulları arasındadır. Evinizin istər giriş qapıları, istər də otaq qapılarını evin ümumi ab-havasına və dekoruna uyğun olaraq seçə bilərsiniz. Bundan başqa bir çox digər qapı modellərinə və qapı aksesuarlarına MinBir Home’un internet səhifəsindən nəzər yetirə bilərsiniz.