Otaq Qapıları
Yaşayış məskənlərinin girişində yerləşən, daxili məkan ilə xarici məkanı bir birindən ayıran, evdə və ya iş yerlərində fərqli otaqları bir birindən ayıran və arada sərhəd rolu oynayan, sizi və qonaqlarınızı ilk növbədə qarşılayan əşyalar qapılardır. Otaq qapısı müxtəlif funksiyalarına görə bir çox ölçüdə və fərqli dizaynlarda qarşınıza çıxa bilər. Unutmamaq lazımdır ki, məkanın ümumi dekorasiyasına qapılar da daxildir. Buna görə də, məkanınız, eviniz və ofisləriniz üçün, eləcə də, digər tikililər üçün qapı seçərkən diqqətli olmaq lazımdır. Çünki qapılar həm dekorasiyanı tamamlayan, həm də sizi ilk olaraq qarşılayan əşyalardır. Beləliklə, qapı seçərkən göz oxşayan olmasına da diqqət yetirmək önəmlidir.
Otaq Qapısı Nədir?
Daxili məkanda bir birindən fərqli məqsədlərə xidmət edən otaqları ayırmaq üçün və bu otaqlar arasında əlaqəni yaratmaq üçün istifadə edilən önəmli məhsullardır. İstər evinizin otaqları üçün, istər də böyük iş mərkəzlərində ofislər üçün müxtəlif xüsusiyyətli qapılardan istifadə edilir. Evlərdə yataq otaqlarının, qonaq otağının, yemək otağının və mətbəxin, eləcə də giriş və koridorların fərqli qapıları ola bilər. İstə bütün otaqlar üçün eyni model qapılardan isitifadə edə bilər, istər də hər otağın fərqli dizayna malik qapısı olmağını arzu edə bilərsiniz. 1001 Home’un təqdim etdiyi, müxtəlif materiallardan hazırlanan otaq qapılarını uyğun qiymətlərlə əldə edə bilərsiniz.
Otaq Qapısı Çeşidləri
Evinizin otaqları üçün qapı modeli axtarırsınızsa 1001 Home doğru məkandır. Mağazada istədiyiniz modeldə, standard və ya fərqli ölçülərdə otaq qapılarını tapa bilərsiniz. İşləkliyinəgörə bir evin təməl ehtiyaclarından biri olan qapıların seçilməsində diqqətli olmaq lazımdır. Qapı seçərkən evinizin ümumi memarisini, dekorunu, otaqların ölçüsünü, aboyun və ya boyanın rəngini və bir çox detalı nəzərə almaq lazımdır. Eviniz üçün qapı seçərkən qapının modelinə və qapının emalında istifadə edilən materiala diqqət yetirmək və buna qərar vermək lazımdır. Daxili qapıların emalında bir çox materialdan istifadə edilir. Bunlardan ən çox bilinəni taxtai, melamin, laminant, lake, PVC, MDF, kimi fərqli materiallardır.
Otak Qapısı Nə İşə Yarar?
Girişlərdə, mənzil qapılarında, dəhliz və bina girişlərində güvənlik və təhlükəsizlik baxımından çəlik qapılar daha çox istifadə edilir. Qapılarda istifadə edilən material olduqca önəmlidir. Sağlam materialdan hazırlanan qapılar təhlükəsizliyin təmin edilməsində daha güvənilirsdir. İstifadə edilən materialın keyfiyyəti, taxılan qapının ağırlığı, cərçivənin sağlamlığı, xarici təsirlərə qarşı dayanıqlılığı qapının keyfiyyətini göstərən amillərdəndir. Ev içərisində otaqlar üçün istifadə edilən qapıları seçərkən isə səs keçiriciliyinə, istilik keçiriciliyinə diqqət etmək lazımdır. Daha çox melamin və MDF materiallarından istifadə olunan qapılar yayğın istifadə edilən modellərdəndir. Yüngül, pratik və az maliyyətli olan bu qapılar tez tez müştərilər tərəfindən tələb edilir. Bundan başqa qapıların güzgülü, aynalı modelləri də çox satılan məhsullar arasındadır.
Otaq Qapısı İstifadəsi
MinBir Home’un təqdim etdiyi otaq qapıları fərqli formaları və rəngarəngliyi ilə seçilir. standar d ölçülərdəki qapı modelləri ilə yanaşı fərqli ölçülərdə qapı çeşidləri də 1001 Home’da mövcuddur. Aynalı və ya güzgülü qapıların da bir çox modeli vardır. Yarpaqşəkilli güzgülü olan qapılar evinizin ümumi dekorasiyasına rəng qatacaq. Bundan başqa, yumru güzgülü qapılar, kvadrat və bölməli güzgülü qapılar ilə evinizin ab-havasına müsbət enerji qata bilərsiniz. Qatlanan qapılar ilə daha pratik bir həyat şəraiti yarada bilərsiniz. Fərqli modellərdə xidmətinizə verilən qapı modelləri içində daxili və xarici məkanlar üçün nəzərdə tutulan çəlik qapı qabatma modellərinə də nəzər yetirərək istənilən qapı çeşidinə uyğun qiymətlərlə sahib ola bilərsiniz.