Mismarlar, dubellər və skoplar
Təmir, baxım, yenidən qurma və quraşdırma işlərində əlinizin altında olması gərəkən bir çox vasitə və xırdavatlar vardır. Hansı ki, bu məhsullara sahib olsanız xırda təmir işlərində və quraşdırma fəaliyyətlərində ustaya ehtiyac duymayacaqsınız. Kiçik təmir işlərində lazım olan bütün xırdavat materiallarını MinBir Home'dan asanlıqla əldə edə bilərsiniz.
Mismar nədir?
Təmir zamanı ən çox ehtiyac duyulan xırdavatlardan biri olan mismarlar hər hansı iki səthi birləşdirərək və bir-birinə sabitləyərək işinizi asanlaşdırır. İstifadə sahəsinə, səthin materialına və xüsusiyyətinə, ölçülərinə görə fərqlənən mismar çeşidlərini 1001 Home'da tapa bilərsiniz.
Mismar çeşidləri və istifadə yerləri
Ümumi xüsusiyyətlərinə görə çəkic və bənzəri əl alətləri ilə çaxılan mismarlar, özəl xüsusiyyətlərinə görə bir-birindən fərqlənir. Düz, iti uclu olaraq taxta, beton, çəlik kimi bir çox səthlərə çaxıla bilən mismarlar mebel hissələrinin bir araya gətirilməsində, montajlama fəaliyyətlərində işinizi asanlaşdırır. Evdəki təmir işlərində, inşaat sektorunda, döşəmə və tavanların düzəldilməsində və bir çox hobi məqsədli fəaliyyətlərdə mismar növlərindən istifadə edilir. Həmçinin damları və xarici səthlərin bərkidilməsi, sabitlənməsi zamanı da mismarlardan istifadə edilir. MinBir Home'da 40-lıq, 50-lik, 60-lıq, 70-lik, 80-lik, 100-lük, 120-lik, 200-lük və fərqli bir çox ölçüdə düz mismarlarla yanaşı, tırtırlı mismar, laminant üçün sarı mismar, polka üçün ağ mismar çeşidləri və şifer üçün rəngli mismar modellərini tapa bilərsiniz.
Dubel nədir?
Hər hansı bir makinanın, lövhənin, aparatın və ya çəlik konstruksiyanın hər hansı bir yerə sabitlənməsi və bərkidilməsi zamanı istifadə edilən bağlantı hissəsi olan cismə dubel deyilir. Dubellər istifadə yerinə, funksiyasına, ölçüsünə və rənginə görə çeşidlilik göstərir. Buna görə də fərqli modellərdə və müxtəlif ölçülərdə dubel növlərinin qiymətlərində də dəyişiklik özünü göstərir.
Dubel çeşidləri
Həm istifadə yerinə, həm də müqavimətinə və dayanıqlılığına görə fərqlənən modellər sabitləmə və bərkitmə fəaliyyəti üçün səthə, döşəməyə, divara, tavana ya da alçıpana çaxıla bilir. Dubel ilə beton səthdə, taxta və ya kirəmitə, çatlaqlı və ya çatlaqsız döşəməyə və taxta ləvazimatlarına bağlantı yaratmaq mümkündür. Ümumilikdə dubel çeşidləri arasında klipsli dubel, qaz, beton dubeli, S tipli dubel, qanadlı alçıpan dubeli, ağır yük dubeli, plastik və asma tavan dubeli, kimyəvi dubel, çaxmalı və qısa dubellər, qarmaqlı və gömləkli dubellər çox satılan məhsullar arasındadır. Klipsli dubellər əsasən, beton keyfiyyətinin yüksək olduğu səthlərdə tərcih edilir. Bu dubel çeşidləri orta sinif yüklərin sabitlənməsində istifadə edə bilərsinixç bundan başqa çəkmə müqaviməti yüksək olan S tipli dubellər isə daha çox şrub və saplama ilə istifadə edilir. Təhlükəsiz bağlantıların yaradılması üçün əvəzsiz vasitə olan dubellər ağır yüklərin sabitlənməsində istifadə olunur. İstənilən çeşid dubel növlərini 1001 Home'da tapa bilərsiniz.
Skop nədir? skop çeşidləri və istifadə
qaydaları
Ev və iş yerində istifadə edilən bir çox elektronik alətlərin eləcə də, telefon və modem kabellərinin, komputer kabellərinin sabit şəkildə ayağınıza dolaşmadan durmasını təmin etmək üçün bir çox vasitələrdən istifadə edilir. Bu vasitələrdən biri də kabel tutucu klipslər və skop çeşidləridir. Kabellərin bir birinə qarışmasını önləyən skoplar, həmçinin, təhlükəsizliyi də təmin etmiş olur. Belə ki, ayaq altında və dolaşıq şəkildə duran kabellər diqqətsizlik zəminində ilişməyə, yıxılmağa və zədələnməyə gətirib çıxara bilər. Skoplar təhlükəsizliyi təmin etməklə qalmır. Bununla yanaşı, kabel dolaşıqlığının gətirdiyi görüntü kirliliyini aradan qaldıraraq otağın virzuallığını da təmir edir. Açılıb bağlana bilən klipslər, eləcə də divara çaxıla bilən mismarlı skoplar sayəsində işinizi asanlaşdırmış olacaqsınız. 1001 Home'un təqdim etdiyi müxtəlif çeşidli dubel modelləri, mismar növləri və skop modellərini uyğun və sərfəli qiymətlərlə əldə edə bilərsiniz.