Göstərilir: 1 . 12 -ə 12 -dən (1 səhifə)
Mat Boyalar
Mat boyalar sintetik əsaslı və su əsaslı tərkiblər sayəsində sürüşkən olmayan, ən az parlaqlı dərəcəsi göstərən boya növlərindən biridir. Bu boya növləri plastik boya olaraq da adlandırılır. Qüsurları qapatma, yarıqlrın örtülməsində effektiv nəticə göstərən bu boya çeşidlərini 1001 Home'un boya ilə əlaqəli bölməsində tapa bilərsiniz. Piqment cəhətdən olduqca zəngin növlərə sahib olan mat boyalar istifadə yerlərinə görə, istifadə məqsədinə görə də fərqlənir. Bu boya çeşidləri işığı bükdüyünə və işığı əks etdirmədiyinə görə divardaki uyğun görmədiyiniz qisimləri qapada bilərsiniz. Həmçinin mat boyalardan istifadə edərkən boyama xətalarını çox cuzi şəkildə görmək mümkündür. Mat boya növləri əsasən yataq otaqlarında, qonaq otağı, yemək otağı və tavanlar üçün uyğun bir seçənəkdir.
Mat Boya Nədir?
Mat boyalar gönəş işığını, eləcə də suni işıqğı yansıtmadığı üçün göz yorğunlunun və parıltılı görüntünün əmələ gəlməsinin qarşısını alır. Eyni zamanda dar otaqlarda, günəş işığının düşmədiyi yerlərdə də rahatlıqla mat sintetik boya növlərindən istifadə etmək mümkündür. 1001 Home'un təqdim etdiyi sintetik əsaslı, su əsaslı və mat sənaye boyalarına nəzər yetirə bilərsiniz. Evinizi, otağınızı və ya ofisinizi boyarkən dekorlara uyğun şəkildə doğru boyanın seçilməsi olduqca önəmlidir. Otağın əhval-ruhiyyəsi doğru rəng seçimindən asılıdır demək mümkündür. Mat boya seçimi zamanı otağın işıq alma dərəcəsini, istifadə məqsədini, eləcə də digər dekorlara diqqət yetirmək lazımdır. Divar boyasının rəngi evin ölçülərinə, otaqların genişliyinə, gün işığı alma dərəcəsinə, pəncərələrin böyüklüyünə və istiqamətinə, daxili işıqlandırma sisteminin keyfiyyətinə əsasən xüsusi olaraq seçilməlidir.
Mat Boya Çeşidləri Nələrdir?
Bir çox boya məhsulları kimi fərqli rənglərdə və müxtəlif əsaslı mat boya çeşidlərini 1001 Home'da tapa bilərsiniz. Mat boyaların bəziləri evinizi otağınızı enerjili, canlı göstərmə qabiliyyətinə malikkən, bəzi mat boya çeşidləri isə sakit və dinləndirici təsir göstərir. Bu cür ayrıcalığı nəzərə alaraq otağın istifadə məqsədinə görə boya seçimi edilməlidir. Hər otaq üçün fərqli rəng çeşidlərinə nəzər yetirərək otağınıza ən uyğun olan məhsulu əldə edə bilərsiniz. İstifadə yerini və məqsədini mağaza əməkdaşlarına bildirərək otağınıza uyğun boya seçimi üçün professional yardım ala bilərsiniz.
Mat Boya Nə İşə Yarar?
Sintetik boya növlərindən olan mat boyalar ölçülərinə və tərkibinə görə fərqli qiymətlərdə müştərilərin xidmətindədir. Astar örtüyü və məcun şpaklovka işləri tamamlanmış divarlarda və səthlərdə quru və təmiz sərhlərdə istifadə edilən boyalar bu şərtlər xaricində effektiv nəticə göstərə bilmir. Su əsaslı və narahat edici qoxusu olmayan, su hopdurma xüsusiyyəti minimum səviyyədə olan və zaman keçdikcə rəng dəyişikliyi və ya solma göstərməyən mat boyaları 1001 Home'da tapa bilərsiniz. Yüksək keyfiyyətli qapatma və yapışma xüsusiyyətinə malik olan bu boyalar vasitəsi ilə istənilən divarın, iç məkanın, otaqların boyanması mümkündür. Lazım gəldikdə silinə bilən mat boyaları xüsusi vasitələrdən istifadə edərək təmizləmək mümkündür
Mat Boyanın İstifadə Qaydaları?
Mat boyalardan istifadə etmədən öncə boyanacaq sahənin boya öncəsi keçməsi gərəkən mərhələlərdən keçib keçmədiyindən əmin olmaq lazımdır. Mat boyaların yaxılmasından öncə səthin bu boyama işi üçün hazır olması lazımdır. Bunun üçün düzgün astarlama, məcun və şpaklovkalardan düzgün istifadə etmək lazımdır. Səthin hamarlığınl təmin etdikdən sonra səthin qurumasını gözləmək və təmizləmək lazımdır. Bu prosesləri ardıcıl şəkildə və düzgün yerinə yetirdikdən sonra boyama fəaliyyətinə başlamaq olar. Ən az iki dəfə rulo ilə boyama edilir. Rulodan istifadə zamanı eyni istiqamətdə boyama etmək lazımdır. İstənilən çeşiddə boya və boyaçı məhsullarını MinBir Home'dan əldə edə bilərsiniz.