Kateqoriyalar
Səbət
Online sifarişlərdə 100 AZN-dən yuxarı bütün sifarişlərə çatdırılma pulsuzdur!

Lampalar

Lampa Sodyum E40 400W
Endirimli məhsul
Brand: 1001 HOME Məhsul kodu: AVM.04.00702
Marka-PhilipsTərkibi-ŞüşəRəngi-ŞəffafPatron- E40Gücü- 400 Wİstehsal-Türkiyə LAMPA SODYUM E40 400W..
8.00 AZN
ƏDV xaric:8.00 AZN
Lampa Torch 125 W Gül E27
Endirimli məhsul
Brand: 1001 HOME Məhsul kodu: AVM.04.00542
Tərkibi- ŞüşəRəngi- AğGərginliyi- 220-240 VCərəyan Şiddəti- 9 AmperGücü- 125 WPstron- E27İstehsalı- Çin LAMPA TORCH 125 W GÜL E27..
15.00 AZN
ƏDV xaric:15.00 AZN
Lampa Torch 40 W
Endirimli məhsul
Brand: 1001 HOME Məhsul kodu: AVM.04.02570
Tərkibi- ŞüşəRəngi- AğGücü- 40 WLampa Torch 40 W..
12.50 AZN
ƏDV xaric:12.50 AZN
Lampa Torch Led 12 W E27
Endirimli məhsul
Brand: 1001 HOME Məhsul kodu: AVM.04.00666
Tərkibi- ŞüşəRəngi- AğGərginliyi- 220-230 VCərəyan Şiddəti- 10 AmperGücü- 12 Wİstehsal- ÇinLAMPA TORCH LED 12 W E27..
3.40 AZN
ƏDV xaric:3.40 AZN
Lampa Zaryatkalı 12W
Endirimli məhsul
Brand: 1001 HOME Məhsul kodu: AVM.06.02088
Tərkibi- ŞüşəRəngi- AğGərginliyi- 220-265 VCərəyan Şiddəti- 10 AmperGücü- 12 Wİstehsal- ÇinLAMPA ZARYATKALI 12W..
6.99 AZN
ƏDV xaric:6.99 AZN
Lampa Zaryatkalı 15W
Endirimli məhsul
Brand: 1001 HOME Məhsul kodu: AVM.06.03140136648
Tərkibi- ŞüşəRəngi- AğGücü- 15 WLampa Zaryatkalı 15W..
6.35 AZN
ƏDV xaric:6.35 AZN
Lampa Zaryatkalı 9V
Endirimli məhsul
Brand: 1001 HOME Məhsul kodu: AVM.06.02079
Tərkibi- ŞüşəRəngi- AğGərginliyi- 220-265 VCərəyan Şiddəti- 10 AmperGücü-9 WŞarjla Olan Sadə Spiral İşıqIstehsal- ÇinLAMPA ZARYATKALI 9V..
5.00 AZN
ƏDV xaric:5.00 AZN
Lampa Zaryatkalı İM
Endirimli məhsul
Brand: 1001 HOME Məhsul kodu: AVM.06.03140136740
Tərkibi- ŞüşəRəngi- AğGücü- 20 WGərginliyi- 265 VSürəti- 50-60 hzİstehsal- İranLampa Zaryatkalı İM..
18.10 AZN
ƏDV xaric:18.10 AZN
Led İşıq 60Sm(Green) 18W
Endirimli məhsul
Brand: 1001 HOME Məhsul kodu: AVM.04.00573
Tərkibi- Dəmir, ŞüşəRəngi-AğUzunluğu- 60 smGücü- 18  WLED İŞIQ 60SM(GREEN) 18W..
6.05 AZN
ƏDV xaric:6.05 AZN
Led Panel Uzun 120 Sm
Endirimli məhsul
Brand: 1001 HOME Məhsul kodu: AVM.04.00567
Tərkibi-Dəmir, ŞüşəRəngi-AğÖlçüsü- 120 smGücü- 12 WGərginlik- 175-265 VSürəti- 50 HzPatron- E27İstehsal-TürkiyəLED PANEL UZUN 120 SM..
4.52 AZN
ƏDV xaric:4.52 AZN
Listur Lampası E14 Ağ Reng
Endirimli məhsul
Brand: 1001 HOME Məhsul kodu: AVM.04.00718
Tərkibi-ŞüşəRəngi-AğPatron- E14İstehsal- ÇinLİSTUR LAMPASI E14 AĞ RENG..
2.90 AZN
ƏDV xaric:2.90 AZN
Listur Lampası E14 Ağ Reng 7W
Endirimli məhsul
Brand: 1001 HOME Məhsul kodu: AVM.04.02555
Marka- YupiterTərkibi- ŞüşəRəngi- AğGücü- 7 WPatronu- E14Voltajı- 165- 265 VSürəti- 50-60 hzListur Lampası E14 Ağ Reng 7W..
2.49 AZN
ƏDV xaric:2.49 AZN
Göstərilir: 49 . 60 -ə 69 -dən (6 səhifə)

Lampa Çeşidləri və qiymətləri

Lampa, keçmişdən bu günə kimi  bütün məkanları işıqlandırmaq üçünü istifadə olunan kiçicik bir elektrik cihazıdır. Keçmiş dövürdə insanların  evləri qaz lampası və şamla işıqlandırdıqlarını yəqin hamımız bilirik. Qaz lampalarının buraxdığı işıq indiki vaxtda bizə kifayət qədər az görünsə də, onların bu işığa öyrəşmiş olduqlarını görə bilərik. Ancaq bu gün işıqlandırma dedikdə ağıla ilk gələn şübhəsiz ki, ampul lampalardır. Günümüzdə artıq demək olar ki, lampanın istifadə olunmadığı yer qalmayıb: müxtəlif növ lampalar evlərdə, iş yerlərində, park və bağ işıqlandırmalarında istifadə olunur. Lampa növlərinə keçməzdən əvvəl süni günəşimizin evdə işləmə prinsipindən danışmaq istərdik. Məlum olduğu kimi, bir metal parçasının üzərindən elektrik cərəyanı keçdikdə, metal parçası bu cərəyana müqavimət göstərir. Bu müqavimət nəticəsində hətta istilik belə buraxılır. Lampanın da bu prinsiplə işlədiyini söyləyə bilərik. Lampanın üzərindəki şüşə qoruyucunun içərisində filament adlanan metal məftil var ki,  bu da iki metal dayaq çubuğu ilə sabit şəkildə  tutulur. Filamentdən keçən elektrik cərəyanı bu metal teli qızdırır və bu istilik nəticəsində lampa onun ətrafına işıq saçır.

Günümüzdə digər elektriklə çalışan məhsullar kimi müəyyən lampa çeşidləri mövcuddur, bunlara; hallogen lampa, lüminesent lampa, eko lampa, led lampa, floresan lampa və s. aiddir. Bəs bu lampa növlərinin bir-birindən fərqi və ya oxşarlığı nədir? Gəlin qısa da olsa, buna nəzər salaq. Məsələn, floresan lampalar, daha çox işıq verən, ekonomik, daha az isinən bir qruluşa malikdir. Hallogen lampalar,şüşə borularında heç bir tündləşmə baş verməyən,  qaranlıq baş vermədiyi üçün işığın intensivliyi zamanla sabit qalan bir lampa nvüdür. Bu lampalar vitrinlərin işıqlandırılmasında, kserokopya maşınlarında, skanerlərdə istifadə olunur. Projektor üçün lampalar da məhz bu lampa növləridir. Bu gün LED-lər ən çox enerjiyə qənaət edən işıqlandırma texnologiyası kimi seçilir. LED lampaların lm/W nisbəti, yəni hər vatt üçün buraxdıqları işığın miqdarı digər texnologiyalarla müqayisədə kifayət qədər yüksəkdir. Led lampalar təkcə enerjiyə qənaət etmir, həm də uzun xidmət müddətini təklif edir. Evinizin işıqlandırılmasında eyni zamanda led işıq şlanqları lampalarından da istifsdəcedə bilərsiniz.

 Eko lampalar, adından da bəlli olduu kimi ekoloji cəhətdən təmiz, daha uzunömürlü lampalardır. Bu növə misal olaraq eko spiral lampaları da göstərmək olar.

Lampa qiymətlərinə gəldikdə isə, istehsalçı və çeşid çoxluğundan lampaların da qiymətləri müxtəlifdir. Yəni, istədiyiniz qiymət aralıında lampa çeşidləri almaınız mümkündür. Yeri gəlmişkən 1001 home mağazasından da sərfəli qiymətlərə, müxtəlif növ lampa çeşidlərini əldə edə bilərsiniz. Bunun üçün bloqu bitirdikdən sonra min bir homun bölmələri içərisində yer alan işıqlandırma blməsindən lampa çeşidlərinə və qiymətlərinə rahatlıqla baxa bilərsiniz.

Lampa seçimi necə edilir?

Mağazalarda yalnız gücü ilə fərqlənən şəffaf bir lampa ilə közərmə lampalarının təklif edildiyi günlər çoxdan keçdi. Bu gün istehsalçılar işıq mənbələrinin çeşidini əhəmiyyətli dərəcədə genişləndirdilər. Lampalar, məişət çilçıraqları, ofis lampaları, universal divar və tavan işıqlandırma cihazları üçün istifadə olunur. Bizim üçün düzgün seçim etmək və şüursuz istehlakçı olmamaq üçün diqqət etməli olduğumuz bir neçə məqamdan danışaq. Daha əvvəl qeyd etdiyimiz kimi, floresan lampalar közərmə lampalarından daha qənaətcil və səmərəlidir. Beynəlxalq mətbuatda közərmə lampalarının istifadəsinə qadağa qoyulması məsələsi gündəmə gəldiyi halda belə, bu lampalardan istifadə etməkdə israrlı olmağımız işıqlandırma seçimində bizi daha şüursuz edəcək, həm qısa, həm də uzunmüddətli perspektivdə əleyhimizə olacaqdır. Lampanın seçilməsi ilə yanaşı, lampanın istifadəsinə də diqqət yetirmək lazımdır. Həyat keyfiyyətimizin aşağı düşməməsi üçün işıqlandırma seçimi çox vacib məsələdir. Düzgün işıqlandırmanın seçilməsi uzunmüddətli perspektivdə elektrik enerjisinə qənaət edəcək, eyni zamanda yaşadığımız təbii mühiti qoruyacaq və uşaqlarımıza daha təmiz dünya bəxş edəcəkdir.

Bu səbəbdən şüurlu istehlakçılar olaraq hamımız üzərimizə düşəni etməli və düzgün işıqlandırma seçiminə diqqət etməliyik.