Göstərilir: 1 . 10 -ə 10 -dən (1 səhifə)
Laklar
Laklar hər hansı taxtadan hazırlanmış əşyaya, metala və ya
boyanmış səthə parlaqlıq verməsi, eyni zamanda, səthin aşınmasının qarşısının
alınması üçün istifadə edilən boya növlərində biridir. Boya məhsulları
arasdında çox satılan sintetik əsasl məhsullardan olan lak çeşidləri fərqli rənglərdə
və ya rəngsiz olaraq 1001 Home tərəfindən müştərilərə təqdim edilir. Satışda mövcud olan lak çeşidlərini
gözdən keçirərərək sizə lazım olan məhsulu sərfəli qiymətlərlə əldə edə bilərsiniz.
Səthə parlaqlıq verən və səthi aşınmaqdan qoruyan lakların bir çox istifadə
yeri vardır. İqlim şərtlərinə qarşı əşyaların xarici qarının dayanıqlı olması
üçün istifadə edilən bu məhsullar fərqli çeşidlərdə və fərqli məqsədlərdə
istifadəyə yararlı olaraq sizlərə təqdim edilir.
Lak Nədir?
Ümumilikdə üç qrupa ayrılan lak çeşidlərini
sintetik, sellülozik və poliüretan şəklində rast gəlinir. Sintetik əsaslı lak
çeşidləri çox satılan məhsullar arasında hər zaman öz yerini sabit saxlayır.
Lak nədir sualının cavabı olduqca bəsitdir. Içindəki yaxıla bilən maddə sayəsində
sahəni hamar şəkildə qoruyan və parlaq bir görüntü yaradan məhsuldur. Laklar
istifadə yerlərinə görə bir çox çeşiddə emal edilir. Bu lak çeşidlərinin hər
birini ayrı ayrılıqda 1001 Home’da nəzərdən
keçirə bilərsiniz. İstifadə edəcəyiniz lakın növünü bilmirsinizsə istifadə
yerinə görə mağaza əməkdaşları məmnuniyyətlə sizə köməklik göstərəcəkdir. Daha
mat bir görünüş istəyənlər üçün daha tünd rənglər məsləhət görülsə də parlaq
bir görüntü istəyənlər üçün açıq rənglər mövcuddur. Bundan başqa, rəngsiz olan
növlərinə da nəzər yetirə bilərsiniz.
Lak Çeşitləri Nələrdir?
MinBir Home’da Bir çox lak çeşidləri mövcuddur. Boya məhsulları
bölməsində istənilən növ lak modellərini tapa bilərsiniz. İstifadə yerinə, rənginə,
parlaqlıq dərəcəsinə və ya matlığına görə, eyni zamanda, əsaslılığına görə bir
çox lak çeşidləri vardır. Sintetik əsaslı rəngsiz və fərqli rənglərdəki laklara
1001 Home’un internet səhifəindən nəzər yetirə bilərsiniz. Professional mebel
fabrikalarında, taxta qapı və pəncərə emalatında, taxtadan hazırlanan dekorativ
əşyalar, eyni zamanda, taxta döşəmə və tavanlarda, künclüklərdə və qorunması gərəkli
olan bir çox səthlərdə müxtəlif çeşidli laklardan istifadə edilir.
Lak Nə İşə Yarar?
Lakın
əsas vəzifəsi əşyanın səthini
aşınmadan, nəmdən və digər xarici təsirlərdən qorumaq olsa da, həmçinin, əşyaların
görüntüsünə də önəmli dərəcədə təsir göstərir. Istənilən növdə lakı seçərək əşyalarınızı,
mebel və digər məhsulları istənilən şəkildə laklaya bilərsiniz. Istər parlaq lak çeşidlərindən istifadə edərək
əşyaları daha parlaq və canlı göstər bilər, istər də, daha mat rəngləri seçərək
tünd rənglərdən istifadə edə bilərsiniz. Məkanın və əşyaların dəyərini, keyfiyyətini
önə çıxaran və sərgiləyən nüanslardan biri də boyadır. Laklar da boya məhsulları
sayıldığı üçün lakların istifadəsi də məkanın ab-havasına müsbət şəkildə rəng
qata bilir. Boyaların üzərindən vurulan laklar boyanın soyulmasının və tökülməsinin
qarşısını almaqla yanaşı rəng çalarını daha gözəgəlimli edir. Bu da məkanın və əşyaların
daha diqqət çəkici olmasını təmin edir.
Lakdan İstifadə Qaydaları
Lakların istifadə qaydası sadə olmaqla yanaşı, doğru boyama alətlərinin istifadə edilməsi də şərtdir. Doğru fırçaların və ruloların seçilməsi halında mükəmməl nəticələr əldə etmək mümkündür. İstər mat lak modelləri, istər parlaq məhsullar, istər də rəngsiz lak çeşidləri ilə doğru boyaçı alətləri istifadə edilməzsə xoş görüntü əldə etmək müşkül məsələdir. Buna görə də 1001 Home’un boya və boya məhsulları bölməsindən lak seçərkən əməkdaşların köməyi ilə doğru boyaçı alətlərinə də nəzər yetirə bilərsiniz. Bundan başqa hər növ boya məhsullarını və boyama vasitələrini mağazadan uyğun qiymətlərlə əldə edə bilərsiniz.