Kombi, Kombi Aksesuarları ve qiymətləri. Kombi sözü də bir çox sözlər kimi başqa dillərdən dilimizə keçmiş sözlərdəndir. Kombi, sinklənmiş polad, DKP təbəqə, mis, alüminium və plastik hissələrdən ibarət bir cihazdır. Kombi qazanları LPG və ya təbii qazın istifadəsi ilə, evlərin və ya digər məkanların istilik və isti su ehtiyaclarını qarşılayan cihazlardır. Kombi aksesuarları isə kombinin quraşdırılmasında istifadə olunan yardımçı vasitələrdir. Kombi və kombi aksesuarlarının qiyməti haqqında dəqiq rəqəm syləmək çətindir. Belə ki, qiymət istehsalçıya, həcminə və s. görə dəyişir. Əlavə olaraq qeyd etmək istərdik ki, saytımızın istilik bə havalandırma bölməsinə daxil olaraq, kombi və kombi aksesuarlarının müxtəlif növ çeşidləri və qiymətləti ilə yaxından tanış ola bilərsiniz. İndi isə kombi aksesuarlarına nələr daxildir onlara baxaq.
Kombi aksesuarları
Kombi aksesuarlarına, yuxarıda da qeyd etdiyimiz kimi kombi aksesuarları kombinin qurulmasında və istifadəsinda işlədə biləcəyimiz yardımçı vasitələrdir. Digər məhsullar kimi kombini də aksesuarları və ehtiyat hissələri olmadan təsəvvür etmək olmaz. Bunlara, hava prosestadı, kombi tənzimləyizi, kombi bacası, kombi giriş manifoldu və kombi çıxış manifoldunu misal göstərə bilərik. Min bir home mağazası olaraq bunları, sizə sərfəli qiymətlərlə təklif edirik.
Kombi Çeşitləri
Kombilər 3 növə bölünür. Bacalı, yoğuşmalı, hermetik kombi. İndi isə onlarla yaxından tanış olaq:
1.Bacalı kombilər -
yanma əsasında lazım olan oksigeni alır və yanma sonunda uyğun baca
vasitəsilə lazımsız qazları çölə atır. Bacaların standartlara uyun olması çox
önəmli faktordur.
2. Yoğuşmalı
kombiler-təbii qazın yanması ilə böyük miqdarda su buxarı ortaya çıxır. Bu
kombilər çıxan su buxarının enerjisini öz enerjisinə qatır və enerjisini aldığı
yoğuşan buxarı, su olaraq çölə xaric edir. Normal kombilərdə istifdə olunan
istilik 80-90% olduğu halda, yoğuşmalı kombilərdə bu 105 - 109% arasındadır.
3. Hermetik kombilər- yanma üçün istifadə olunan hava ventilyator köməyiylə xarici mühitdən alınıb, yanma sonrasında ortaya çıxan tullantı qaz eyni sistemlə xaricə atmaqdadır. Hermetik kombilər baca tələb etməyən cihazlardır. Eyni zamanda, hermetik qurğular hava axını borusu ilə xarici mühitə qoşulur.
Qurutma radiatorları
Qurutma radiatorları(dəsmal qurudan) adlandırılan məhsullar
hamam və mətbəx kimi istifadə sahələrində klassik radiatorlar və qızdırıcılar
yerinə istifadə oluna bilər. Kiçik həcmli, gözəl görünüşlü, məkanlarınız üçün
dekorativ olaraq seçilə bilən, funksional xüsusiyyətlərə malik, təmizlənməsi və
saxlanması daha praktik olan, dəsmal, xalat, paltar kimi əşyalarınızı asmaq
üçün nəzərdə tutulmuş adi qızdırıcı alətdir. Bəs
qurutma radiatorlarının üstünlükləri nələrdir?
Bu radiatorlara dəsmalları tez və
praktik şəkildə yığa bilər, istənilən yerdə asanlıqla quraşdırıla bilərsiniz.
Radiatorda botuların məsafəli şəkildə olması onun təmizlənməsini daha rahat
hala gətirir. Bundan əlavə, sahib olduqları örtük sayəsində kirdən qoruyur, mətbəx
və vanna otağı kimi yerlərdə meydana gələn buxardan mənfi təsirlənmirlər. Bu məhsulların
digər üstünlüyü onların enerjiyə qənaətcil olmasıdır. Onlar asanlıqla tələb
olunan otaq temperaturuna tez çata bilirlər.
Radiator aksesuarları
Radiator aksesuarları, radiatorun quraşdırılmasında istifadə olunan ehtiyat hissələrdir.Bunlara, radiator vintili, sır baçınka, sır mufta, təzyiq tənzimləyici klapan, radiator asılqanı, radiator ayağı və s. aiddir. Qeyd edək ki, 1001 home mağazasından sərfəli qiymətə radiator aksesuarlarını əldə edə bilərsiniz.
Kombi almazdan öncə istilik sistemləri satan müxtəlif mağazalara baş çəkməyiniz, broşuralar əldə etməyiniz və ya müxtəlif yerlərdən texniki məlumat əldə etməyiniz önəmlidir. Bundan əlavə, tövsiyə olunan cihazın kifayət qədər tutumlu olub olmadığını öyrənin, tanınmış, geniş xidmət şəbəkələri və güclü şirkətlərin məhsullarına üstünlük veri. Son olaraq, unutmaq olmaz ki, kombi seçərkən təkcə qiymət deyil, istehlak dəyəri və xidmət xərcləri də önəmlidir.