Göstərilir: 1 . 10 -ə 10 -dən (1 səhifə)
Hallogen Lampa Nedir?
Hallogen lampa, közərmə gövdəsinin yavaş buxarlanmasını təmin edən halogenlərin və ya onların birləşmələrinin əlavə edilməsi ilə inert(nəcib qazla) qazla doldurulmuş kvars lampası şəklində hazırlanmış bir közərmə lampasıdır. İlk halogen lampalar 1959-cu ildə ABŞ-da və demək olar ki, eyni vaxtda SSRİ-də ortaya çıxmışdır. Kvars halogen və volfram halogen lampası kimi də tanınan hallogen lampa, közərmə lampasının qabaqcıl növüdür.
Hallogen lampaları başa düşmək üçün bir az közərmə lampaları haqqında danışaq. Közərmə lampalarında da eynilə halogenlər kimi volfram filamenti mövcuddur. Şüşə lampanın tərkibində arqon və/və ya azot kimi qaz da var. Filamanın ucuna cərəyan gəldikdə, filament 2500 dərəcə kimi yüksək temperaturda yanır və işıq yaymağa başlayır. Közərmə lampaları çox da səmərəli deyil. Çünki işığın yayılması prosesində o, böyük miqdarda infraqırmızı istilik yayır. Lampanın məqsədi işıqla təmin etmək olduğu üçün istilik israf edilir. Vaxt keçdikcə filamentdəki volfram buxarlanır və şüşə üzərində toplanır. İncəlmiş filament zamanla qırılır və lampa yararsız hala düşür.
Özəllikləri Nələrdir?
Halojen lampalarda filament daha çevik və formalaşdırıla bilən volframdan ibarətdir və standart közərmə lampası kimi qazla doldurulur; lakin halogen lampada qaz daha yüksək təzyiqdədir. (Adından göründüyü kimi, lampa halogen qazla doldurulur.) Şüşə lampa əridilmiş kvarsdan, yüksək silisiumlu şüşədən və ya alüminosilikatdan hazırlanır. Halojen lampa adi lampadan daha güclüdür, çünki yüksək təzyiqə malikdir. Bundan əlavə, hallogen lampalar kiçik və yüngüldür, onun istehsalı yüksək xərc tələb etmir, standart volframdan (2800-3400 Kelvin) daha yaxşı rəng temperaturuna malikdir və rəngi günəş işığına daha yaxındır. Ənənəvi közərmə lampasından daha uzun ömürlüdür və s. İndi isə hallogen lampaların mənfi xüsusiyyətlərinə baxaq. Hallogen lampalar, görünən işıqla birlikdə ultrabənövşəyi radiasiya yayırlar, buna görə də halogen lampanın istifadə olunacağı yerlərdən bədənimizə birbaşa işıq düşməməsi ilə bağlı önləm almalıyıq. Hallogen lampalar çox istilik yaydığı üçün əllərinizlə toxunmayın - halogen lampalara soyuq olsa belə, çılpaq əllərlə toxunmaq olmaz. Çünki,barmaqlarınızdakı yağ lampanın ömrünü qısaldır. Otaq işıqlarını seçərkən bunları nəzərə almağınızda fayda var
- Hallogen Lampalarının işləmə prinsipləri
Halojen lampanın iş prinsipi aşağıdakı kimidir:
Lampa yanır və filamentdən daha çox cərəyan keçdikcə lampa qırmızı rəngdə yanmağa başlayır. Temperatur sürətlə yüksəlir. Halojen lampaların adi közərmə lampalarından fərqi ondan ibarətdir ki, filament halogen qazı ilə doldurulmuş kvars kapsuluna bağlanır. Bu qaz inertdir. Yod və bromdan ibarətdir. Hallogen lampaların üstünlüyü eyni enerji istehlakında artan işıq çıxışıdır. Dezavantaj olaraq isə spektrin mavi bölgəyə keçməsidir. Onların közərmə lampalarından daha "ağ" işığı və bəzi ultrabənövşəyi işığı var. İşığa davamlı olmayan boya ilə boyanmış bir şeyə düşərsə, adi lampalardan daha sürətli yanar - bu nəzərə alınmalıdır. Hallogen lampalar 12 və ya 24 volt aşağı gərginlikli lampalar və 220 volt şəbəkə gərginliyi ilə işləyən yüksək gərginlikli lampalar kimi mövcuddur.
- Hallogen Lampa Çeşitleri Nelerdir?
Halojen lampa iki əsas konfiqurasiyada təqdim olunur: tək və cüt uclu. Ən çox yayılmış halogen lampalar cüt uclulardır, onlar adətən daha böyük gücə malik lampalardır və iş işıqları, bağ işıqları və film çəkilişi işıqları üçün istifadə olunur. Halojen lampanın ömrü tez-tez açılıb-söndürülməklə qısalır. Bundan əlavə,hallogen lampalar, formasına, işlənmə yerinə görə müxtəlif çeşidlidirlər. Hallogen lampalar çeşid olaraq qlobus hallogen, Bi-pinli hallogen, lampa, PAR halogen lampalar, ledli hallogen lampa, projektor lampaları və s. mövcuddur. Bundan əlavə, siz rəngli hallogen lampalara da rast gələ bilərsiniz. 1001 bir home - da siz, müxtəlif hallogen lampalarını rahatlıqla əldə edə bilərsiniz.
- Hallogen Lampa Fiyatları
Çeşidinə görə qiymətləri də fərqli
olan hallogen lampaları min bir home mağazasından 0.40 azn-dan başlayan qiymətlərlə
əldə edə bilərsiniz. Bu lampalarla yanaşı siz, led lampalar, lümineset lampalar, eko lampaları da mağazamızda tapa bilərsiniz.