Göstərilir: 1 . 6 -ə 6 -dən (1 səhifə)
Frezləmə — metalların və süni materialların mexaniki emal olunmasında tətbiq olunan texnoloji əməliyyat növüdür. Bu əməliyyatı yerinə yetirmək üçün tətbiq olunan alətə frez deyilir. Torna əməliyyatından fərqli olaraq frezləmədə pəstah sərt bərkidilir. Əsas hərəkəti isə alət görür. Alət verilən həndəsəni yaratmaq üçün dəzgahın koordinat sistemində veriş alaraq eyni zamanda bir neçə ox üzrə hərəkət edir. Veriş hərəkətini dəzgahın konstruksiyasından asılı olaraq pəstah da yerinə yetirə bilər. Frezləmə əməliyyatı çox mürəkkəb bir proses olmasa da, məqsədə uyğun materialda və növdə frez alətin seçilmədiyi zaman, prosesin icrası çətinləşir.
Frez aləti — metal və başqa materialların kəsmə ilə emalı üçün fırlanma səthinə malik olan çoxdişli kəsici alətdir. Frezlərin silindirik , yan səthli , disk , paz və kəsici , barmaq , işgil, T- formalı , bucaq , fasonlu , sonsuzvint kimi növləri vardır. Dişlərinin en kəsiyinin formasına görə iti tilli və arxa hissəsi girdələnmiş olurlar. Dişlərin formasına görə düzdişli, vint formalı, müxtəlif girişli frezlər, vint qanovlarının istiqamətinə görə sağ və sol, konstruksiyasına görə bütöv və yığılmış frezlər mövcuddur. Bir çox metal və materiallardan hazırlanmış frezlər mövcud olsa da , son dövrlərdə aliminyum frezlər daha çox istifadə olunur. Bəzən frezlər ağır işlərdə istifadə olunur. Ağır işlərdə istifadə olunan həm üfiqi həm şaquli xüsusiyyətli frezlərə universal dəzgah frezləri deyilir. Forma vermədə əvəzsiz rolu olan frezlərin diametrinə görə seçilmiş müxtəlif formada ucları olur. Düzgün kəsim kənar xüsusiyyətləri ilə istehsal olunan uclar sərt taxta , plastik , laminat , yumuşaq və sərt odun kimi materiallarda rahatlıqla, çətinlik çəkmədən istifadə oluna bilir. Keyfiyyətli materiallardan düzəldilmiş frez ucları zərbələrə və cızıqlara qarşı olduqca dayanaıqlı olaraq istehsal olunur. Metallardan emal olunan bu məhsullar çox sağlam və dayanıqlıdır. Xarici təsirlərə və hava şəraitlərinə qarşı dözümlüdür. Bu məhsulları elektrikli olaraq istifadə etmək prosesi çox asanlaşdırır. Həm tək, həm də dəst olaraq satılan bu məhullar istehlakçının istifadəsi üçün çox əlverişlidir. Alətin ağız hissəsi, hətta bəzi hallarda almaz kimi sərt maddələrdən istehsal olunur. Nəticə olaraq bu deşmə və oyma əməliyatlarını daha asanlaşdırır.
Frez bıçaqları— Adətən taxta oyma, deşmə və forma vermə əməliyyatlarında istifadə olunan alətlərdir. Kifayət qədər işə yararlı və istifadəsi rahatdır. Frezlərə taxılaraq istifadə olunur. Bu sayədə frez bıçaqları bizə daha surətli iş imkanı yaradırlar. Əsasən alətin uc hissələri kəskin halda olur. Bunun səbəbi mebel, taxta və bu kimi məhsulların üzərində rahatlıqla işləməyi təmin etməkdir. Diametrləri və funksiyaları fərqli olan frez bıçaqları mövcuddur. Doğru bir frez seçimi edərək işlərinizi xeyli asanlaşıra bilərsiniz.
Frezləmə əməliyyatı necə icra olunur?
Çeşidli istifadə imanı verən frezlər limitsiz kreativlik xüsusiyyətləri ilə materiallara forma vermək üçün tərcih olunur. Frez maşını istifadə edərkən əvvəlcə uyğun frez bıçağı seçilir. Frez sayı və bıçaq ölçüsü seçilən materiallardan aslı olaraq seçilir. Frez ilə düz kənarları işləmək üçün paralel dəstəklərə üstünlük verilir. Əyri formalar üçün frez kompaslardan isitfadə etmək isı gözəl motivlər yaradır. Çalışılan parça lazım gəldikdə planer dəzgahının üzərinə bərkidilir. Lövhələrin köməyi ilə bu bərkidilmə həm də iş parçasını təzyiq izlərindən qoruyur və daha dəqiq işin aparılmasına kömək edir. Frezlər tələb olunan dərinliyə qoyulur və dərin oyuqlar üçün iş parçası üzərində bir neçə dəfə frezləmə əməliyyatı aparılır. Dayanıqlı və keyfiyyətli materiallardan istehsal olunmuş frezlər dekorativ oyma və şəkilləndirmədə əvəzolunmaz yer tutur. Siz də hər növ forma vermə əməliyyatı üçün istifadə edə biləcəyiniz keyfiyyətli və büdcənizə uyğun frezləri 1001 Home’dan əldə edə bilərsiniz.