Kateqoriyalar
Səbət
Online sifarişlərdə 100 AZN-dən yuxarı bütün sifarişlərə çatdırılma pulsuzdur!

Fab Sütut 3,5 Kq

Fab Sütut 3,5 Kq
Endirimli məhsul
Fab Sütut 3,5 Kq
Fab Sütut 3,5 Kq
  • Məhsul kodu: AVM.01.00364
16.90 AZN
ƏDV xaric: 16.90 AZN

12 ay hissə-hissə

Endirimli qiymətlər nəğd və taksitlə alışda keçərlidir!
İstehsal: Azərbaycan
Brend: FAB
Çəki: 3.5kq
MƏHSUL HAQQINDA:

Akrilik kopolimer emulsiya əsaslı, tək komponentli, istifadəyə hazır, elastik, hər cür səthə rahat tətbiq edilə bilən, ağ rəngli (üzəri boyana bilən) dekorativ su izolyasiya materialıdır.

XÜSUSİYYƏTLƏRİ:

FAB SU: TUT (341) su keçirmir. İstifadəyə hazırdır. Hər növ inşaat materialına mükəmməl yapışır. İsti: soyuq fərqlərində belə elastikliyini qoruyub saxlayır. Zəif kimyəvi maddələrə qarşı davamlıdır. Tətbiq edildiyi səthə tənəffüs etmə imkanı verir və səthdə bakteriya yaratmır. Su əsaslı olduğu üçün qoxusu yoxdur, ətraf mühitin dostudur. Gunəş şüalarına qarşı dayanıqlıdır. Nisbətən axıcı olduğuna görə problemli səthləri də asanlıqla örtür.

TƏTBİQİ:

FAB SU: TUT (341) su izolyasiyası lazım olan iç və çöl məkanlarda, üfüqi və şaquli səthlərdə, düz və əyri damlarda, teras, balkon, hovuz və su depolarında, baca kənarlarında, beton, suvaq, kərpic, sink, asbestli dam örtük lövhələri, pəncərə pərvazları və bu kimi yerlərdə inamla istifadə edilə bilər. FAB SU: TUT (341) nəmsiz, quru və təmiz səthlərdə istifadə edilməlidir. Tətbiqindən əvvəl səth toz, kir və yağlardan təmizlənmiş olmalıdır. Suvaq və beton səthlərin sabunlu ilıq su ilə yuyulması tövsiyyə edilir. Səthdəki boşluqlar və çuxurlar FABKİM TS 0: 20 təmir suvağı ilə doldurulmalıdır. Tətbiq ediləcək səthdən asılı olaraq FAB SU: TUT (341) 100% (1:1 nisbətində) su ilə həll edilərək bir qat astar olaraq çəkilməli, üzərinə ən az 2 qat FAB SU: TUT (341) həll edilmədən tətbiq edilməlidir. Qatlar arası 24 saat gözlənilməlidir. Hər bir qat bir öncəki qata nisbətən 90 dik istiqamətdə tətbiq edilməlidir. FAB SU: TUT (341) xüsusən quru havalarda +10C ilə +30C arası temperaturda tətbiq edilməlidir. Yağışlı, qarlı və şaxtalı havada tətbiq edilməməlidir. Tətbiq edilmiş səthlər bu kimi hava şərtlərindən ən az 24 saat qorunmalıdır. Fırça və ya rolik vasitəsilə səthə tətbiq olunur. FAB SU: TUT (341) tətbiq edilmiş səthlərin ətraf təsirlərdən daha yaxşı qorunması üçün səthin üzərini keramika, kafel və bu kimi materiallarla örtülməsi məsləhətdir. Əgər üzərinə antena, günəş enerjisi panelləri və su deposu qoyulacaqsa, xüsusi platforma düzəldilməsi gərəkdir. Alətlər su ilə təmizlənməlidir.

Şərh yaz

Pis Yaxşı
Doğrulama Kodu
Hissə-hissə
Taksit sayıTaksit QiymətiÜmumi
2 Hissə-hissə8.45 AZN16.90 AZN
3 Hissə-hissə5.63 AZN16.90 AZN
6 Hissə-hissə2.82 AZN16.90 AZN
9 Hissə-hissə1.88 AZN16.90 AZN
12 Hissə-hissə1.41 AZN16.90 AZN

1001 HOME mağazasından alınan məhsullar 14 təqvim günü ərzində dəyişdirilə və ya qaytarıla bilər.

Məhsulun qaytarılma və dəyişdirilmə şərtləri “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanunu əsasında tənzimlənir.

İstehlakçının tələbinə, qəbz, kassa çeki, zəmanət müddəti olan mallar üzrə isə texniki pasport və ya onu əvəz edən digər sənəd təqdim edildikdə baxılır. 

Əgər sifariş edilən məhsul sifarişə uyğun olmayan məhsul isə, məhsulun üzərində fiziki qüsur varsa qaytarış edilə bilər. Bu halda kuryer geri qaytarma aktı tərtib edir, tərəflər təsdiq etdikdən sonra məhsul kuryer tərəfindən anbara təhvil verilir.

 

İri qabaritli və ağırçəkili malların istehlakçıdan satıcıya (icraçıya) qaytarılması və dəyişdirilərək yenidən istehlakçıya çatdırılması satıcının (icraçının) hesabına həyata keçirilir.

İstehlakçı malın qüsurunun əvəzsiz olaraq aradan qaldırılmasını tələb edərsə, qüsur 14 gün ərzində və ya tərəflərin razılığı ilə başqa müddətdə aradan qaldırılır

Məhsul nağdsız ödənişlə əldə olunubsa, ödənişin geri qaytarılması ilə bağlı mağaza tərəfindən istehlakçının müştərisi olduğu banka sorğu göndərilir. Ödəniş bank tərəfindən bankın daxili proseduruna uyğun olaraq müştərinin hesabına geri ödənilir.

 

Diqqət:

Kəsilərək və xüsusi sifariş əsasında satılmış məhsullar geri qaytarılmır.

Paketi açılmış (sement, alçı, gəc və b.) məhsullar geri qayatrılmır.

Montaj edilmiş və ya servis tərəfindən qurulmuş məhsullar geriqaytarılmır.