Göstərilir: 1 . 10 -ə 10 -dən (1 səhifə)
Elektrikli su qızdırıcılar
çeşidləri ve qiymətləri
İlin istənilən vaxtında isti suya ehtiyac var. İsti su
olmadan duşa getmək, qabları yumaq mümkünsüzdür Su qızdırıcılarını seçərkən diqqət etməli olduğumuz ən birinci
nüans mövcud şəraitdə bizə ən çox faydalı olanını seçməkdir. Su qızdırıcıları
enerji daşıyıcılarının növünə və dizaynına görə müxtəlif növə bölünürlər.
Bunlardan ən cox istifadə olunanı qaz və elektrikli
su qızdırıcılarıdır. Əsas olan hansının daha yaxşı olması və ənəlverişli
variantı seçməkdir. Elə isə enerji və dizaynına görə su qızdırıcılarına ayrıca
nəzər salaq:
Adətən dizayna görə bölünür:
1. Kumulyativ
2. Axın
Və enerji daşıyıcısı:
1. Elektrik
2. Qaz
3. Dolayı isitmə
Bəs bunları bir-birindən fərqləndirən nədir?
Kumulyativ isidicilərin, bir su deposu mövcuddur. Saxlama su qızdırıcılarının növləri 5 ilə 500 litr arasında dəyişə bilən qazanın həcminə görə də müxtəlifdir. Çox vaxt onlar mənzillərdə istifadə olunur, həm suyun yalnız bir çıxış nöqtəsi (məsələn, bir mətbəx lavabosu) üçün, həm də bütün mənzildaxili su təchizatı sistemini qaynar su ilə təmin etmək üçün istifadə olunur. Bu qazanın həcmi evdə yaşayan insanların sayına uyğun olaraq təyin oluna bilər. Bu tip qızdırıcılarda istilik müəyyən çərçivə daxilində termostat suyu isti saxlayır. Su soyumağa başladıqda isə avtomatik olaraq qızdırıcı qazanındakı su isinməyə başlayır. İndi isə üstün və çatışmayan cəhərlərinə baxaq:
1. Su eyni vaxtda bir neçə su giriş nöqtəsinə axa bilir
2. Suyun temperaturu 80 dərəcəyə çata bilər
3. Belə qazanları hamamdan uzaq məsafədə yerləşdirə bilərsiniz.
Üstünlükləri ilə yanaşı təəssüf ki, çatışmazlıqlar da
mövcuddur. Suyu isitmək çox zaman ala bilər. Əgər bütün qazanı boşaltsanız,
suyun yenidən qızdırmaq bir saatdan çox çəkə bilər.
Axın su qızdırıcıları. Bu qızdırıcılar suyu birbaşa giriş
nöqtəsində qızdırır. Həm elektrikli həm də qazlı ani su qızdırıcıları vardır. Hər
iki halda su nazik kanallardan keçir,
axın elektrik enerjisi və ya yanan qazla qızdırılır. Bu cür cihazların
avantajları arasında kompaktlılıq, asan quraşdırılma və sürətli isitmə tezliyi
var. Bu su isidicilərdə isti su, demək olar ki, bitmir. Dezavantaj olaraq isə
çox elektrik xərcləməsidir.
Yuxarıda qeyd
etdiyimiz kimi, enerji daşıyıcısına görə qazanlar elektrik, qaz və dolayı isitmə
növlərinə bölünür. Elektrik qazanları həm akkumulyatorlu, həm də axın şəklində
mövcuddur . Bir qayda olaraq, onlar qazdan istifadə etmək imkanı olmayan yerlərdə
istifadə olunur. İsitmə və isti su sistemləri üçün enerji daşıyıcısı kimi elektrik
bir qədər baha başa gəlir. Buna baxmayaraq quraşdırılması qaz modellərindən
daha rahat başa gəlir. Yeri gəlmişkən bildirmək istərdik ki, 1001 home saytının istilik və
havalandırma bölməsindənsifariş edə, ya da Cahan AVM-də yerləşən mağazamıza
yaxınlaşaraq elektrikli su qızdırıcıları
modellərinə baxa və əldə edə bilərsiniz.
Elektrikli su qızdırıcı hissələri
Elektrikli su
qızdırıcısı aşağıdakı hissələrdən
ibarətdir:
-
Su üçün çən.
-
Qızdırıcı element.
-
Maqnezium anodu.
-
Su təchizatı üçün borular.
-
Termostat.
Su temperaturu üçün tənzimləyicisi və göstəricisi.
Qızdırıcıdakı
ən gərəkli məhsullardan birincisi suyu saxlamaq üçün lazımımız olacaq
qazanlardır.
Bir qayda olaraq, bu qazanlar metaldan hazırlanır, lakin bəzən
plastik də görə bilərsiniz.
Su
qızdırıcısının istilik elementi bu cihazın ən vacib hissəsidir.
Suyun istiləşməsinin sürəti və maksimum temperaturu, eləcə
də cihazın davamlılığı bu hissədənu asılıdır. Digər bir hissə isə maqnezium
anod - pasın qarşısını almaq və qazandakı arzuolunmaz çirkləri təmizləmək üçün
bir cihazdır.
Su üçün borular - su qızdırıcısının əsas komponentlərindən
biridir. Düzgün seçilmiş boru çox önəmlidir. Digər bir hissə isə termostatdır. Su qızdırıcısının
termostatı temperaturu tənzimləyən və həddindən artıq istiləşməsini sığortalayan
bir hissədir. Qazandakı temperaturu idarə edən qurğu termostat adlanır. Suyun
75-80 C-dən çox olmasına imkan vermir. Bu da qızdırıcını daha təhlükəsiz hala gətirir.
Elektrikli su qızdırıcısının temperatur tənzimləyicisi və göstəricisi.
Siyahımızda hissə isə su temperaturu üçün tənzimləyicisi və
göstəricisidir. Onlar temperaturu təyin etmək və tənzimləmək üçün nəzərdə
tutulmuşdur. Müasir su qızdırıcılarında bu komponentlər iki növdür: rəqəmsal
displey və lampa ilə yuvarlaq lampa. Cihazın əsas funksiyası suyu qızdırmaq
olduğu üçün və çoxları üçün seçim edərkən əsas xüsusiyyət onun etibarlılığıdır.
Su
qızdırıcılarının müxtəlifliyindən danışdığımıza görə çeşidinə görə müxtəlif
qiymət aralığında olmalarını da nəzərinizə çatdırmaq istərdik. İstər min bir home-dan, istərsə də digər
mağazalardan cibinizə və evinizə uyğun elektrikli su qızdırıcılarını seçə bilərsiniz.