Elektrikli
mişarlar
Ağac kəsici vasitələr ilə bağçanızdakı, həyətinizdəki və ya çevrədəki ağacları kəsib budaya bilərsiniz. Ağacların qurumuş budaqlarından qurtulmaq və fəsil dəyişikliyi zamanı lazım olan budama fəaliyyətlərini həyata keçirmək üçün müəyyən vasitələrə sahib olmaq lazımdır. Quruyan budaqların ağaca ziyan verməməsi üçün, eyni zamanda, taxta sənayesində odunların kəsilərək istənilən formaya salınması və istənilən ölçüdə doğranması üçün elektrikli mişarlardan istifadə edilir. Elektrikli mişar kimi bir çox elektrikli əl alətlərini də özündə cəmləyən MinBir Home mağazasında istənilən növ kəsici, doğrayıcı əl alətlərini tapa bilərsiniz. Elektrikli mişarların kəskin dişləri olduqca güclü və iti olduğundan kəsilən ağacın, budağın və ya taxtanın hamar şəkildə bölünməsinə şərait yaradır. İstər professional işlərdə; odun və taxta sənayesində, mebel sənayesində, istər də şəxsi fəaliyyətlərdə, ağacların budanması və səliqəyə salınmasında istifadə edilən bu mişarlar yanacaqla çalışır. Həmçinin mişarların elektriklə çalışan modellərinə də ev sahibliyi edən MinBir Home'da istənilən çeşiddə mişar növlərini və aksesuarlarını tapa bilərsiniz.
Elektrikli mişar
çeşidləri
Zəif desibelli çalışma xüsusiyyəti sayəsində səsi sizi narahat etməcək olan mişar modelləri ilə daha rahat və konforlu şəraitdə işləyə bilərsiniz. Daha az gurultu və daha rahat iş şəraiti gördüyünüz işin effektivliyini də artıracaqdır. 1001 Home'un müştəriləri üçün təqdim etdiyi elektrikli mişar növləri ilə yanaşı, bir çox elektrikli əl alətləri də ergonomik tutacaqları sayəsində rahat şəkildə tək əl ilə tutula bilir və fəaliyyət zamanı çətinlik çəkməyi izə şərait yaratmır. Şəhər içərisində, bağça və həyətyanı sahədə istifadəyə yararlı olan kiçik ölçülü və zəif desibelli modellərlə yanaşı, professional işlərdə, taxta sənayesində və meşələrin səliqəyə salınmasında istifadə olunan daha böyük ölçülü modellər də 1001 Home'da mövcuddur. Elektrik mişarlardan həmçinin, kənd təsərrüfatı işlərində, çörək zavodlarında odunların kəsilməsində, dağ evlərindəki odun sobaları üçün odun kəsimində istifadə edilir.
Elektrikli mişar necə istifadə edilir?
Elektrikli mişarlar mexaniki mişarlardan fərqli olaraq daha az zəhmət tələb edir. Mexaniki mişarların istifadəsində kəsmə və doğrama fəaliyyətləri zamanı lazım olan gücü, yəni mexaniki enerjini siz özünüz sərf etdiyiniz halda, elektrikli mişarlar ilə kəsim zamanı sizin etməyiniz gərəkən tək iş mişarı doğranılacaq əşyanın üzərinə toxundurmaqdır. Bu aparatlar sizin sərf etdiyiniz gücü elektrik enerjisindən və ya yanacaqdan alaraq mexaniki enerjiyə çevirir və kəsmə əməliyyatı baş verir. Fərqli modellərdə satışda olan elektrikli mişar növləri, odunkəsən makinalarla yanaşı bir çox digər kəsici alətlər, frez mişarı və digər frez aksesuarları da 1001 Home'da yolunuzu gözləyir.
Elektrikli mişar necə seçilir?
Elektrikli mişar alarkən diqqət etməyiniz gərəkən bir çox məqam var ki, bunların üstündən kor-koranə keçmək sizin fəaliyyətinizi yavaşlada və işinizi ləngidə bilər. Mişar seçərkən öncəliklə diqqət etməli olduğunuz məqamlardan biri odur ki, mişarı istifadə edəcəyiniz sahəni müəyyən etməlisiniz. Belə ki, mişar almadan öncə bu aparatı odun kəsmək üçünmü, yoxsa, ağac budamaq üçünmü və ya digər fəaliyyətlər üçün istifadə edəcəyinizi qərarlaşdırmaq vacib şərtlərdən biridir. İstifadə qaydası aydınlaşdırdıqdan sonra məhsulun motor gücü və çəkisinə diqqət yetirmək lazımdır. Bəzi fəaliyyətlərin uzun müddət davam edəcəyini nəzərə alsaq aparatın motor gücünün düzgün seçilməsi, eləcə də, ağırlığın normaldan artıq olmaması lazımdır. Titrəmə gücü, təhlükəsizlik önləmləri kimi bir çox məqamın da nəzərdə tutulması ilə sizə lazım olan ən uyğun məhsulu satın ala bilərsiniz. 1001 Home'un təqdim etdiyi elektrikli mişarlar, frez mişarı, lobzik tiyəsi, frez ucluğu və frez seti və bir çox elektrikli əl alətləri və aksesuarlarına uyğun qiymətlərlə sahib ola bilərsiniz.