Kateqoriyalar
Səbət
Online sifarişlərdə 100 AZN-dən yuxarı bütün sifarişlərə çatdırılma pulsuzdur!

Boya və pas təmizləyiciləri

Akfix Pas Sökücü Sprey A40 Magic
Endirimli məhsul
Brand: GOLDFİX Məhsul kodu: AVM.01.00891
FAB Pas Sökücü Sprey 200 ml..
9.20 AZN
ƏDV xaric:9.20 AZN
Fab Boya Sökücü 1 Kg
Endirimli məhsul
Brand: FAB Məhsul kodu: AVM.01.00355
Marka- FABTərkibində turşu yoxdur, yandırıcı xassəyə malik deyil, qatı olduğu üçün həm dik, həm də üfüqi səthlərdə istifadə edilə bilər.Çəkisi- 1 kqTƏTBİQİ:Tətbiq ediləcək səthlərin temperaturu +5 °C ilə +30 °C arası olmalıdır.Hər növ dekorativ boya, yağ,sellülozik və poliuretan əsaslı, pa..
10.60 AZN
ƏDV xaric:10.60 AZN
Goldfix Pas Sökücü Sprey 200 Ml
Endirimli məhsul
Brand: GOLDFİX Məhsul kodu: AVM.01.00642
Brend: TYTANÇəki: 200mlİşləmə yerləri: Paslanmış bolt,birləşmə,maşın hissələri,pasları temizliyər.sulu və nəmli yerlərin verdiyi zərərdən qoruyar.İstehsal: Türkiyə..
1.91 AZN
ƏDV xaric:1.91 AZN
Goldfix Pas Sökücü Sprey 400 Ml
Endirimli məhsul
Brand: GOLDFİX Məhsul kodu: AVM.01.00643
Marka- GoldfixTutumu- 400 MlSu və rütubəttən qaynaqlanan, pas səbəbi ilə sıxışan metal səthləri parlatmaq üçün istifadə edilir.TƏTBİQİ:İstifadə etməzdən qabaq çalxalamaq lazımdır.Xüsusi klapan sistemi sayəsində qutu baş aşağı da istifadə edilə bilər.Qutunun yanında yerləşən çubuğu, spreyin üzərində ..
2.86 AZN
ƏDV xaric:2.86 AZN
Göstərilir: 1 . 4 -ə 4 -dən (1 səhifə)

Boya və pas təmizləyiciləri   

Boya məhsullarından olan boya təmizləyiciləri, boya, astar, lak və s. metal, taxta, divar, beton, gips və s. təbəqələrindən səthlərdən çıxarmaq üçün istifadə olunur. Kauçuk, linoleum, polistirol, plastik, vinil, süni lif, şüşə kimi səthlərdə boya təmizləyicisini istifadə etməzdən əvvəl qablaşdırmanın üzərindəki texniki məlumatlar oxunmalıdır. Boya təmizləyicilər:

maye boya təmizləyici,

gel boya təmizləyici,

sprey boya təmizləyicisi şəklində istehsal olunur.

 Bir çox marka boya təmizləyiciləri istehsal etsə də; istifadə və istifadə sahələri demək olar ki, eynidir. Yeri gəlmişkən qeyd etmək istərdik ki, boya təmizləyiciləri Cahan AVM-də yerləsən 1001 home mağazasından da əldə edə bilərsiniz. Ev və ofisiniz üçün gərəkli digər məhsullar üçün isə inşaat materialları bölməsinə keçid edə bilərsiniz. Daha çox məhsul faydalı məlumatlar üçün isə Minbir home-un rəsmi Instagram səhifəsini izləyə bilərsiniz. 

Pas təmizləyiciyə keçməzdən öncə pasın nə olduğuna və necə yaranmasına nəzər salaq. Pas su və havanın təsiri ilə əmələ gələn dəmir və oksigen birləşmələrinə (adətən qırmızı oksidlər) verilən ümumi addır. Pas dəmir və polad üzərində əmələ gələn, xarici təsirlərdən qorunmayan qırmızımtıl qəhvəyi təbəqədir. Pas əmələ gəlməsinin səbəbi, metalın havada oksigen və nəmlə təmasda olduqda çox yavaş yanma reaksiyasına məruz qalmasıdır. Paslanma üçün həm hava, həm də nəm bir yerdə olmalıdır. Yuxarıda qeyd etdiyimiz pas əmələgəlmələrinin təmizlənməsi üçün istifadə edilən üsulları qısaca pas təmizləyici və pas həlledici adlandırmaq olar. İndi isə oksid təbəqələrinin təmizlənməsi üçün əsas üsulları sadalayaraq pas həlledicilərinin növlərindən danışaq.

Pas təmizləyici necə istifadə olunur?

Tərkib əsasən turşu əsaslı pas təmizləyiciləri mövcuddur. Qələvi əsaslı pas təmizləyicilər istehsal etmək mümkündür. Ancaq bazarda ümumiyyətlə ən çox iki növ mövcuddur. Bunlar daha çox turşu əsaslı pas təmizləyicisi və ya pas təmizləyici sprey kimi təqdim olunur. Turşu əsaslı pas çıxaran kimyəvi maddələr su əsaslıdır. Sprey məhsulları yağ və solvent əsaslıdır.

Konsantre pas sökücü nədir?

Asit və ya qələvi əsaslı ola bilər. Daha çox sənaye sahəsində istifadə olunur.Metallar üçün onların istifadəsində təkrar emal dərəcəsi çox yüksəkdir.Konsentratlı pas həllediciləri daha çox su ilə seyrəldilmiş və istifadə şərtlərinə uyğun hazırlanmış məhsullardır. Bəs pas təmizləyici sprey nədir?

 Pas sökücü sprey, yapışmış boltlar, qaykalar və ya açarlar kimi materialların açılması üçün istifadə edilən həlledici və yağ əsaslı məhsuldur. Onların qida sənayesində istifadəsi çox məhduddur. Qida uyğunluğu ümumiyyətlə mövcud deyil, ona görə də diqqətli olmaq lazımdır.

Qələvi pas təmizləyicisi isə ümumiyyətlə isti istifadə edilən bir növ pas təmizləyicisidir. Soyuq istifadəsi də var, lakin soyuq o qədər də effektiv sayılmır. Bu səbəbdən müəyyən temperaturlarda və müəyyən standartlarda istifadə imkanına malikdir.Onun ümumi xammalı yüksək qələvi kimyəvi maddələrdir. 

Pas təmizləyiciləqdən istifadə zamanı əlinizə əlcək geyinməyiniz məsləhətdir. Pas təmizləticini pas ilə örtülmüş səthə vurub bir az gözlədikdən sonra silməyiniz kifayətdir. Pas təmizləyici məhsulu seçərkən istifadə edəcəyiniz səth nəzərə alınmalı və ona uyğun pas sökücü almaınız vacibdir.

Boya temizleyici necə istifadə olunur?

Yuxarıda da qeyd etdiyimiz kimi boya təmizləyicilər maye boya təmizləyici, gel boya təmizləyici, sprey boya təmizləyici şəklində olur. Növlərinə grə istifadə qaydaları təxmini eynidir. Bəs boya sökücü  məhlullar necə istifadə olunur?

-Boyanacaq səthə bir qat boya təmizləyici gel tətbiq olunur. Sprey boya təmizləyicidə isə təxminən 25 sm. məsafədən bir qat sıxılıb, gözlənilir.  Boya təmizləyicisinin boyaya nüfuz etməsi üçün bir müddət lazımdır. (Bu müddət markaya görə dəyişir. Təxminən 30 dəqiqə.)

- Boya təmizləyicisi səthə yaxşı nüfuz edə bilsin deyə tətbiqdən dərhal sonra səth qəzet kağızı ilə örtülə bilər.

-Boyaların tamamilə çıxarıla bilmədiyi hallarda, bir qat daha boya təmizləyicisi tətbiq oluna bilər.

-Yumşaldıcı və soyucu boyalar bir spatula və ya tel fırça ilə çıxarıla bilər.

Boyanın çıxarılması prosesi başa çatdıqdan sonra boya yenidən rənglənəcəksə, boya təmizləyici qalıqları sellüloz tiner və ya su ilə yaxşıca təmizlənməlidir. Quruduqdan sonra yenidən rənglənə bilər.