Boya ve boya materialları
Evdə istifadə olunan boyalar tərkibinə görə iki qrupa bölünür. Bunlar sintetik boyalar və emulqatorlardır (su əsaslı boyalar).
Sintetik boya, digər adıyla yağlı boya kimi də tanınır. Bu boyalar demək olar ki, bütün səthlərə tətbiq oluna bilən və asan yapışan boyalar sayılır. Yağlı boya yüksək örtücülüyə sahib olduğu üçün istənilən səthi boyama gücünə malikdir. Lakin, yağlı boya tətbiq olunmuş yerə digər boyanı çəkə bilməzsiniz bünün üçün gərək həmin ərazi tamamilə sintetik boyadan təmizlənə.
Emulsiya boyaları yüngül teksturaya malik boyalar sayılır. Emulsiyalı boyaların parlaq, mat və atlaz çeşidləri mövcuddur. Emulsiya boyaları su əsaslı olduğundan onları təmizləmək yağ əsaslı boyalardan daha asandır və rahatdır. Nəmişlik müqaviməti yüksəkdir.
Boyama materialları tətbiq zamanı ehtiyac duya biləcəyiniz hər cür alət və avadanlıqlardır. Boyama prosesinə başlamazdan əvvəl boyayacağımız yerdə çat, sınıq və ya zədələnmiş yer varsa, ilk öncə oranı təmir edib sonra boyamağa başlaya bilərik. Boyama zamanı bizə
Fırça
Rulo
Boya tapancası
Qab
Boyaq maddəsi və s. lazım olur.
Boya materiallarına:
Dərz dolğu çeşidləri
Sprey boyalar və s. aiddir.
Boya məhsullarınızı sərfəli qiymətə minbir home mağazasından əldə etməyə tələsin.
Dərz Dolğu növləri
Dərz dolğu xüsusilə mərmər kirəmitli səthlərdə tez-tez rast gəlinən tikinti materialıdır. Bu səbəbdən də hər hansı bir evin hamam, mətbəx və ya digər mərmər sahələrində tez-tez dərz dolğudan istifadə olunur. Dərz dolğu tikinti keyfiyyətini artıran elementlərdən biridir. Bu səbəbdən də etibarlı və keyfiyyətli brend seçmək, onu yaxşı tətbiq etmək vacibdir. Zamanla betonda yarana biləcək çatların doldurulması üçün dərz dolğu materialından istifadə olunur. Beton səthlərdə zamanla müxtəlif açılmalar yaranır. Bu açılmalar adətən iqlim və ağır zərbələr nəticəsində məhsulun köhnəlməsi nəticəsində yaranır. Belə hallarda bu çatların böyüməsinin və betonun zədələnməsinin qarşısını almaq üçün bu məhsuldan istifadə olunur. İndi isə dərz dolğunun növləri ilə yaxından tanış olaq.
Silikon dərz dolğu materialı. Silikon dərz dolğu növü geniş istifadə sahəsinə malikdir. Silikonlu dərz dolular daha dayanıqlı və uzunömürlü olur. Keramika, kafel, qranit və mərmər kimi müxtəlif yaş həcmli səthlərdə istifadə edilə bilər. Həm daxili, həm də açıq havada istifadəyə yararlıdır. Sement əsaslı bir materialdır. Polimer bağlayıcı qatqılı və su keçirməyən silikon quruluşa malik olan bu dərz dolgu materialı çox dayanıqlıdır.
Epoksi dərz dolğu materialı ən çox istifadə edilən dərz dolğu məhsullarından biridir. 2 millimetrdən 15 millimetrə qədər boşluqları doldurmaq üçün istifadə oluna bilər. Çox yüksək gücə malikdir. Həm daxili, həm də açıq havada çini keramika, şüşə mozaika və kafel kimi səthlərə rahatlıqla tətbiq oluna bilər.
Sement əsaslı dərz dolğusu. Suya dayanıqlılığı ilə seçilən bu məhsulu daxili məkanlarda şaquli və üfiqi tətbiqlərdə, səthlərə yapışdırılmış kafel, keramika, qranit, mərmər və s. dərzlərinin oldurulmasında istifadə oluna bilər.
1001 home mağazasından silikonlu və sement əsaslı dərz dolğuları sərfəli qitmətə tapa bilərsiniz.
Sprey boya çeşidləri
Təzyiqli metal boruya qazla sıxılmış boyalara sprey boyalar deyilir. Sprey boyalar ümumiyyətlə daxili və xarici səthlərdə istifadə üçün uygundur. Çox tez quruduğu üçün təcili rəngləmə işlərində üstünlük verilir. Bundan əlavə, fırça və rulon tələb olunmadığı üçün kiçik ölçülü rəsm işlərində daha çox istifadə olunur. Sprey boyalarla rahat şəkildə taxta, metal, plastmas və s. rəngləyə bilərsiniz. 1001 home-da mağazamızdan müxtəlif sprey boya rənglərini əldə edə, eləcə də 1001 home saytındakı sprey boyalar böməsindən boya çeşidlərimizlə tanış ola bilərsiniz.