Kateqoriyalar
Səbət
Online sifarişlərdə 100 AZN-dən yuxarı bütün sifarişlərə çatdırılma pulsuzdur!

Boya məhsulları

ZİRVE PADUQA KANT 4 LÜK
Endirimli məhsul
Brand: 1001 HOME Məhsul kodu: AVM.01.00774
Marka-ZirvəTərkibi-PlastikRəngi-MetalikÖlçüsü- 1 mİstehsal-RusiyaZİRVE PADUQA KANT 4 LÜK..
3.28 AZN
ƏDV xaric:3.28 AZN
ZİRVE PADUQA KÜNCLÜYÜ İÇ
Endirimli məhsul
Brand: 1001 HOME Məhsul kodu: AVM.01.00777
Marka-SepahanTərkibi-PlastikRəngi-Qızılıİstehsal-İranZİRVE PADUQA KÜNCLÜYÜ İÇ..
1.97 AZN
ƏDV xaric:1.97 AZN
ZİRVE PADUQA TAVAN RUSİYA 50*50-04
Endirimli məhsul
Brand: 1001 HOME Məhsul kodu: AVM.01.00781
Marka-ZİRVE Tərkibi-PlastikRəngi-AğÖlçüsü- 50 x 50 x 04İstehsal-RusiyaZİRVE PADUQA TAVAN RUSİYA 50*50-04..
0.20 AZN
ƏDV xaric:0.20 AZN
ZİRVE PADUQA TAVAN RUSİYA 50*50-05
Endirimli məhsul
Brand: 1001 HOME Məhsul kodu: AVM.01.00780
Marka-ZİRVE Tərkibi-PlastikRəngi-AğÖlçüsü- 50 x 50 x 05İstehsal-RusiyaZİRVE PADUQA TAVAN RUSİYA 50*50-05..
0.60 AZN
ƏDV xaric:0.60 AZN
ZİRVE PADUQA TAVAN RUSİYA 50*50-07
Endirimli məhsul
Brand: 1001 HOME Məhsul kodu: AVM.01.00782
Marka- ZirvəTərkibi- KöpükRəngi- AğÖlçüsü- 50x50x07İstehsal- RusiyaZİRVE PADUQA TAVAN RUSİYA 50*50-07..
0.95 AZN
ƏDV xaric:0.95 AZN
ZİRVE PADUQA TAVAN RUSİYA 50*50-56
Endirimli məhsul
Brand: 1001 HOME Məhsul kodu: AVM.01.00779
Marka-ZİRVE Tərkibi-PlastikRəngi-AğÖlçüsü- 50 x 50 x 56İstehsal-RusiyaZİRVE PADUQA TAVAN RUSİYA 50*50-56..
0.80 AZN
ƏDV xaric:0.80 AZN
Göstərilir: 337 . 342 -ə 342 -dən (29 səhifə)

Boya ve Boyacılıq məhsulları və qiymətləri

Divar bəzəyi məkanın görünüşünə təsir edən ən vacib detallardan biridir. Divarlar üçün dekorasiya dedikdə ilk ağıla gələn rəsmlər, çərçivələr və ya afişalar olsa da, lakin ən əsas amil divar boyasıdır. Divarlarınızda dəyişiklik etmək istəyirsinizsə, divar rəngini və boya növünü seçərək dəyişikliyə başlaya bilərsiniz. Divar rəngləmə prosesinə başlamazdan əvvəl bilməli olduğunuz bəzi detallar var. Bu gün sizinlə boya və materialları,boya növləri, istifadə qaydası və s. barədə məlumatları bölüşəcəyik. Bu detallardan ən əhəmiyyətlisi boya növləri və onlar arasındakı fərqlərdir. Yaxşı bir nəticə əldə etmək istəyirsinizsə, bu fərqləri, divar boyası növlərini və tətbiq mərhələlərini bilməlisiniz. Eksteryerdə boyalar və örtüklərdən istifadə etmək olar. Boyalar incə, kobud tekstura buraxır, örtüklər isə daha dənəli tekstura yaradır. Eksteryerdə üç növ boya və örtüklərə üstünlük verilir, su əsaslı (emulsiyalar), solvent əsaslı və silikonlu boyalar. Boyalar onlara qoyulan tinerlərə görə təsnif edilir. Bu tinerlər su və ya sintetik tinerdir. Su əsaslı  və sintetik tiner əsaslı divar boyaları tətbiq edildikdən sonra divarda bəzi dəyişiklikləri göstərir. Boyalar müxtəlif sahələrdə istifadə olunur. Seçim edərkən istifadə olunacağı yerə uyğun tərkibli boyalar seçməyiniz mütləqdir. Tavanda istifadə üçün tavan boya növlərini seçməyiniz, avtomobil boyamasında balata spreyindən istifadə məqsədə uyğundur. Bundan əlavə, Akril su əsaslı yol nişanı boyası permoyol asfalt, beton, mozaika kimi səthlərin işarələnməsi, yol xətlərinin işarələnməsi, səki bordürlərinin rənglənməsi, sürtünməyə davamlı boya tələb edən bütün səthlərdə istifadə olunur.

Boya qiymətləri çəkisinə, tərkibinə və istehsalçı şirkətinə görə fərqli olur. Kiçik sprey boya qiymətləri 2.50 azn-dan başlayan qiymətə olduğu halda digər boya növlərini 1001 home- dan 4.80azn- dan başlayan qiymətlərlə əldə edə bilərsiniz.

Boyaçı ləvazimatları

Boyama işlərini boyaçı materiallarsız təsəvvür etmək olmaz. Boyaçı materialları dedikdə boyama zamanı istifadə olunan boyaçı alətləri, su əsaslı emulsiyalar, şpaklovkalar, boya üçün zər, boya və pas təmizləyiciləri və s. nəzərdə tutulur. Boyama zamanı ən çox diqqət etməli olduğunuz boya alətləridir. Boyaçı alətləri dedikdə rulo, kist, boya tapançası və s. nəzərdə tutulur. Bu alətlərin də müxtəlif növləri mövcuddur. Bunlara taxta kist fırça, plastik kist fırça,  rulo çeşidlərindən süngər rulo, naxışlı və dekorativ ruloları boyaçı alətlərinə misal göstərmək olar. Boyaq işləri zamanı ən çox ehtiyac duyacağınız materiallardan biri də kağız lentdir. Qoruyucu lent də adlandırılan bu məhsuldan istifadə etməyən yoxdur desək yanılmarıq. Bəzi lentlərin yapışqanlılığı az ola bilər. Bu da istifadə zamanı lentin öz-özünə çıxmasına və əlavə çətinliyə səbəb olacaqdır. Bunun üçün də lenti alarkən onun keyfiyyətinə fikir verməlisiniz.

Məcun Çeşitleri

Divarları düzəltmək və onları dekorativ təmirə hazırlamaq məcunsuz mümkün deyil. Onlar tərkibinə, tətbiqinə və bəzi digər parametrlərə görə bir-birindən fərqlənir. İstehsalçılar tərəfindən bu cür müxtəlif məcunlar yaradılmışdır ki, hər bir halda ən uyğun materialı seçə bilək. Daxili və xarici işlər üçün fərqli bir kompozisiya lazım olacağını təxmin etmək asandır. Seçim edərkən düzəliş ediləcək səthin növü və materialı nəzərə alınmalıdır. Məqsədinə görə məcunlar aşağıdakı növlərə bölünür:

- başlanğıc

- bitirmə

- universal

Sintetik boya, günümüzdə divar boyamalarında daha az istifadə olunsa da metal və taxta səthlərdə istifadəsi tövsiyə olunan boya növüdür. Kimyəvi maddə tərkibi digər boya növlərindən daha yüksəkdir. Demək olar ki, hər hansı bir sahəyə, metala, taxtaya və divara tətbiq oluna bilər. Sintetik divar boyası səthə qalıcı və yüksək parıltı verir. Yüksək örtücülüyə malikdir.

Selülozik boya sənaye tipi

Selülozik boyalar yüksək örtücülüyə malik son qat boyasıdır. Ağır zərbələrə, aşınmaya və cızılmaya qarşı möhkəmdir. Selülozik əsaslı və sənaye boyaları inşaatda su əsaslı və sintetik əsaslı boyallara nisbətən daha az istifadə olunur. Buna səbəb kimyəvi qatqısının çox olması incəltmədə selüloz tiner istifadə olunmasıdır. Selüloz boyalar ən çox metal və taxta səthlərdə istifadə olunur. Bu boyalardan qapalı məkanlarda istifadə etmək doğru deyil. Çünki insan salamlığı üçün zərərlidir və ətrafa kəskin qoxu yayan boya növüdür. Selüloz boyaları incəltmək üçün selüloz tinerdən istifadə olunur.

En sevilən boya rəngləri

Ən məşhur divar rəngləri boz və açıq divar rəngləridir. Əlavə olaraq boya matikləri ilə istədiyiniz rəng koduna uyğun rəngləri qarışdıraraq istehsal oluna bildiyi üçün indi fərqli rənglərə üstünlük verildiyini müşahidə edə bilərik. İndi isə gəlin insanların ən çox tərcih etdiyi rənglərə baxaq. Açıq rəng olaraq bej, kolonya sarısı, fil dişi, açıq çəhrayı, boz və s.

Eyni boya müxtəlif səthlərdə fərqli görünür: hamarda daha yüngül, kobud səthdə - daha tünd, tutqunda - isti, cilalanmışda - daha soyuq görünür. Bunun üçün də seçdiyiniz rəngə tam əmin deyilsinizsə, sınaq üçün ilk öncə divarın kiçik bir parçasını rəngləyin. Uyğunluğuna baxdıqdan sonra yerdə qalan səthi də rahatlıqla rəngləyə bilərsiniz. Son olaraq qeyd etmək istərdik ki, min bir home mağazasından istəyinizə uyğun parlaq boyalar, mat boyalar, boyaq qatqıları, emulsiya boya rəngləndiricilərini və s. sərfəli qiymətlərlə əldə edə bilərsiniz.