Ev Qəzaları: Özünüzü Necə Qoruyarsınız?

Yaralanma hadisələri düşündüyünüzdə, hadisənin baş verdiyi yer olaraq ağlımıza gəlməsə də tədqiqatlar göstərir ki, qəsdən olmayan xəsarət və ölüm hallarının təxminən yüzdə 45 faizi ev qəzaları nəticəsində baş verir. Evimiz çox vaxt xarici dünyadan sığındığımız yerdir. Yenə də, evin təhlükəsiz sığınacaq olması onu tamamən təhlükəsiz etmir.

Döşəməni Təmiz Saxlayın


Yerə maye, yağ və ya sürəşə biləcəyiniz hər hansı bir şey töküldüyündə, yıxılmağın qarşısını almaq üçün mümkün olan ən qıssa zamanda döşəməni təmizləməkdir. Döşəməyə əgər yağlı bir maye tökülərsə, təmizliyi yağ təmizləyici məhsullardan istifadə edərək təmizləməli olduğunuzu unutmayın.

Xalça və Xalıları Sabitləyin.

Tez-tez rastlanan ev qəzaları səbəblərindən biri olan sürüşüb yıxılma, daha çox xalçaların döşəməyə sabitlənməməsi üçün yaşanır.


Xalçaların hərəkət etməsinin və sürüşməsinin qarşısını almaq üçün onları xalça sabitləmə lent sabitləyicilərlə sabitləyin və ya arxası sürüşməyən xalılar satın alın. Başqa bir variant isə xalçanı yerində saxlamaq üçün ikitərəfli xalça lentindən istifadə etməkdir.

İsti Mayeləri Hara Qoyduğunuza  Qiqqət Edin.


Evdə azyaşlı uşaqlarınız varsa, isti qazan, tava və çaydan kimi mətbəx qablarını hara qoyduğunuza diqqət edin. Sobanın üstündəki qabın sapının uşağın əli çatmayan tərəftə olduğundan əmin olun.

Üzərində stol örtüsü olan bir stolun üzərinə isti mayelər qoymaqdan çəkinin; evdə uşaq varsa, uşaq örtünü çəkərək  mayenin üzərinə tökülməsinə səbəb ola bilər. Ümumi olaraq, isti mayeləri uşaqların əli çatmayan bir yerdə qoymayın. 

Vanna Otağında Təhlükəsizlik Tədbirlərini Alın

Ən çox başa gələn ev qəzaları arasından bir digəri isə vanna otağında sürüşən döşəmədən yıxılmaqdır.


Bunun qarşısını almaq üçün duşa tutunma tutacaqlar taxın. Yaşlı bir ailə fərdi kimi ayaqları üzərində dayanmaqda çətinlik çəkən insanlar üçün də duş çox təhlükəli bir yer ola bilər. Tutunma çubuqlarının quraşdırılması, sürüşmə halında fəlakətin qarşısını almağa kömək edə bilər.


Küvet və duş döşəmələrində sürüşməyən ayaqaltılardan istifadə edə bilərsiniz. Bu, hər yaşda olan insanlar üçün təsadüfi yıxılmaların qarşısını almağa kömək edə bilər.

Nərdivan Təhlükəsizliyini Təmin Edin.


Nərdivanlar bir çox müxtəlif səbəbdən qəzalara səbəb ola bilər. Yıxılmaların qarşısını almaq üçün tutacağınızın nərdivan boyunca uzandığından əmin olun. Nərdivanların altına və ya üstünə xalılar və həsirlər qoymayın. Həmçinin, yaxşı işıqlandırılmamış xarici pillələrə sahib bir nərdivanınız varsa, qaranlıqda görünmələri üçün pillələrin  kənarlarını ağ rəngə boyaya bilərsiniz.

Elektrikli Alətlərini Sudan Uzaq Saxlayın  

Təmizlik Məhsullarını Hər Yerdə Qoymayın 

Elektrikli cihazlarını sudan uzaq tutun. Elektrikli alətləri suya düşə biləcəyi və ya uşağın suya çəkə biləcəyi yerlərdə, suyun yanında saxlamayın.


Təmizlik məhsullarını uşaqların əlləri çatmayan bir yerdə saxlayın. Bütün təmizlik məhsullarını uşaqların və ev heyvanlarının çatmayacağı bir yerdə saxlanılmalıdır. Onları uşaqlardan qorumaq üçün kilidli şkafa qoyun və ya hündür bir şkafda saxlayın.

Elektirikli Alət İstifadə Edərkən Tədbirlər Alın.


Elektrikli alətlərindən istifadə edərkən, düzgün texniki təlimatlar qədər düzgün vasitələr istifadə etmək də vacibdir. Hər zaman  qoruyucu vasitələrdən istifadə edin: gözlərinizi qorumaq üçün eynək, kəsilmələrin qarşısını almaq üçün iş əlcəkləri və düşən əşyaların təsirini minimuma endirmək üçün qapalı ayaqqabılardan istifadə etmək lazımdır. Həmçinin çoxlu toz və qalıq əmələ gətirən bir alətlə işləyirsinizsə, üz maskası taxmaq da sağlamlığınız üçün çox vacibdir. Mövzu paltarlara gəldikdə isə, maşınınıza girə biləcək zinət əşyaları taxmaqdan və ya bol paltar geyinməkdən çəkinin. Bu ehtiyat tədbirlərini almaq həm  kiçik yaralanmaların, həm də korluq, eşitmə itkisi və dərin kəsiklər kimi böyük problemlərin qarşısını ala bilər.

Havalandırmaya Diqqət Edin və Dağınıqlığı Azaldın

Boyalar və ləkələr yüksək səviyyədə uçucu üzvi birləşmələr ehtiva edir və bunlar, evdə qəza üçün təhlükəli mühit yaradır. Bu növ kimyəvi maddələrə məruz qalmaq; başgicəllənmə, göz və ağciyərlərin qıcıqlanması, halsızlıq, baş ağrısı və ya daha pis mənfi yan təsirlərə səbəb ola bilər.

Bu simptomları minimuma endirmək üçün, bir qapalı olan  sahəni rəngləyərkən həmişə düzgün havalandırma təmin edin. Bütün pəncərələri açın, işi bitirdikdən sonra pəncərələri 2-3 gün açıq qoyun və bu müddət ərzində otağınızda keçirdiyiniz vaxtı məhdudlaşdırın. Əlavə qorunma üçün rəngləmə zamanı respiratordan istifadə edə bilərsiniz.

Döşəmədə nə qədər çox əşya varsa, bir şeyə ilişmə ehtimalı  o qədər yüksək olur. Döşəmələrinizi dağınıqlıqdan uzaq tutun. Bu xüsusilə nərdivanlar və digər keçid sahələrində çox vacib əhəmiyyət kəsb edir.