Xüsusi gün üçün
qonaqlarınıza unudulmaz bir stolmu hazırlamaq istəyirsiniz? Hazırladığınız süfrə
təqdimatlarında nəyinsə əskik olduğunu və ya adi olduğunu düşünür, lakin dəbdəbəli
yemək stolunuzu necə bəzəyəcəyinizi bilmirsiniz? Stolunuzu bəzəmək üçün yeni və
yaradıcı ideyalara ehtiyacınız mı var? Elə isə bir-birindən müasir stol dizaynlarının
nümunələri...
E |
vinizdə edəcəyiniz bir
nişan məclisi və ya Yeni il gecəsi, yaxud
ad günü, ya da xüsusi qonaqlarınız üçün hər hansı bir yemək tədbiri olsun...
Unudulmaz bir yemək dəvəti üçün hazırladığınız ləzzətli menu qədər diqqətlə
hazırladığınız bu ləzizz yeməkləri necə təqdim etdiyiniz bir o qədər vacibdir. Bu yazıda siz yemək stolunu bəzəyərkən ilham
ala biləcəyiniz, zərif və müasir stol dizaynlarının nümunələrini tapa bilərsiniz.
Qonaqlarınıza dəbdəbəli restoranda olduqlarını hiss etdirəcək dəbli və qonaqpərvər
yemək masası təşkil etməyin nümunələrini öyrənməyə hazırsınızmı?
1. Masanıza Qızılı Tonları Əlavə Edin
Süfrə bəzəyərkən, çiçəklər
və yaşıllıqlardan yaradacağınız bir mərkəz nöqtəsi, həmçinin qızılı, gümüşü
kimi tonlarında aksesuarlar istifadə edərək gözəl və möhtəşəm görünüm yarada
bilərsiniz. Yalnız Süfrə çiçəyinizi tərtib edərkən qırmızı və yaşılın klassik
çalarlarından istifadə etmək əvəzinə, tünd qırmızı, gavalı və ya bənövşəyi kimi
tünd tonları seçməyə diqqət edin. Beləliklə, xüsusi günləriniz üçün nəcib və zəngin
görünüşlü süfrə əldə edə bilərsiniz.
2. Süfrənizi Yaşıllıqlarla Bəzəyin
Bağçanızdan
toplayacağınız yaşıllıqları qarışdırıb, aralarına şamlar yerləşdirərək göstərişli bir süfrə dizaynı tərtib edə bilərsiniz. Əgər təzə yaşıllıqlar
tapa bilmirsinizsə, real görünən saxta versiyalarından da istifadə edə bilərsiniz.
Etdiyiniz dizaynı pambıqlı və ya kətan bir örtuk üzərinə yerləşdirib, tamamilə
ağ boşqablarla uyğunlaşdırın. Yaşıl və ağın gözəl harmoniyası dekorunuzu daha
da ön plana çıxaracaqdır. Siz həmçinin qızılı tonlarda bir çəngəl, bıçaq dəsti
istifadə edərək təmiz, qəşəng və müasir masa bəzəyi yarada bilərsiniz.
3. Yemək Qab Qacaqlarında Neytral Rəngləri Bir-birinə Qarışdırın
Boz, açıq çəhrayı, krem rəng
və qaranın yumşaq çalarlarının birləşməsi klassik bir dizayin içərisində
istifadə edildikdə son dərəcə yüksək keyfiyyətli və mürəkkəb effekt yaradır.
Görünüşü daha da zənginləşdirmək üçün masanıza müxtəlif ölçülü və rənglərdə
pastel rəngli konik şamlar və şəffaf şüşə qablar əlavə edə bilərsiniz. Burada vacib
olan neytral tonlardan istifadə etməkdir.
4. Masanızı qeyri-adi bitkilərlə diqqət mərkəzinə çevirin
Yenilikçi süfrə yaratmaq
üçün masanızın ortasına klassik bir vazaya çiçəklər qoymaq əvəzinə, bir sıra
ekzotik bitkilər yerləşdirin. Məsələn, az qulluq tələb edən kiçik sukkulentləri
və ya rozmarin yaxud kəklikotu kimi yeməli bitkiləri seçə bilərsiniz. Hətta yeməyin
sonunda bir jest olaraq qonaqlarınıza süfrənizdən kiçik bir bitki hədiyyə edə
bilərsiniz.
5. Yumşaq İşıqlandırmaya Üstünlük Verin
Düzgün edilmiş bir işıqlandırma
isti və cəlbedici bir mühit yaratmaq üçün ən vacib amillərdən biridir. Bu səbəbdən
yemək süfrənizi bəzəyərkən həddindən artıq parlaq ağ işıq lampaları yerinə
yumşaq və sarı işıqlı kulon seçməlisiniz. Edəcəyiniz strateji işıqlandırma ilə
yanaşı, yemək masasına yerləşdirdiyiniz şamlar da istədiyiniz atmosferi
yaratmağınıza kömək edəcək.
6. Mövsümi meyvələri və ətirli yarpaqları qarışdırın
Rəngarəng mövsüm meyvələri
ilə birlikdə təzə dəfnə yarpağı kimi gözəl ətirli, lakin vizual effekti zəif
olan bitkilərdən istifadə edərək yemək süfrənizi orijinal və ətirli dekorla bəzəyə
bilərsiniz.
7. Masanızın Mərkəzini Vurgulayın
Yuxarıdakı nümunədə, sıx
və alçaq ağ siklamen cicəyi ilə masanın ortasında mərkəz nöqtəsi yaradılmışdır. Beləliklə, bu ənənəvi
və monoxrom masa dekorasiyasında müasir və təravətli ab-hava yaradılıb.
8.Tünd masa örtüsündən istifadə edin
Masanızda təəccüblü və
dramatik təsir yaratmaq üçün süfrənizdə tünd göy, yaşıl və ya dumanlı kimi tünd
və iddialı rəngləri seçməlisiniz. Beləcə ağ qab-qacaq və metal çəngəl bıçaqlarınızın
necə canlanacağına və gözə çarpacağına, yaranan atmosferə inanmayacaqsınız.
Ümid edirik ki, yuxarıdakı müasir masa dizayn nümunələrindən zövq aldınız. Siz də yuxarıdakı təkliflərdən ilhamlanaraq, süfrələrinizdə iddialı rəng birləşmələrini sınaya bilər, süfrənizdə bəzək kimi qeyri-adi materiallardan istifadə edə bilərsiniz. Bunları edərkən, masanızı boş bir kətan kimi təsəvvür edin və daxili rəssamlığınızı azad edin. Daha sonra isə öz yaradıcı təcrübələrinizi bizimlə paylaşın.
Rəy Bildir