Gənclərin Dünyası: Ən Zövqlü Gənc Otağı Dizaynları

Lazımi tövsiyələrə əməl etdiyiniz halda bir yeniyetmə otağını dizayn etmək olduqca asan və əyləncəlidir. Ancaq hər halda, tez-tez və böyük dəyişikliklərə hazır olmalısınız. Evdə yaşayan gənc üzv bir gün parlaq çəhrayı xallı pərdəyə üstünlük verərkən bir növbəti həftə isə bütün otağı qara rəngə boyamaq istəyə bilər.

Bununla belə, kiçik toxunuşlarla evin gənc üzvünə ən uyğun gənc otağı dizaynı, onun zövqlərini nəzərə alaraq ən uyğun dizaynı asanlıqla tətbiq edə bilərsiniz.

Kiçik Toxunuşlarla Otağı Dəyişdirin


Övladlarınız hələ balaca ikən bir nəfərlik çarpayıya keçmisinizsə ya da uşaq çarpayısını genişləndirilə bilən modeldən seçmisinizsə şanslısınız. Sadəcə yataq dəstini dəyişdirməklə bütün otağın görünüşünü dəyişə bilərsiniz. Uşağınıza öz üslubunu əks etdirən rəngləri və naxışları seçməsinə icazə vermək onun öz otağına daha çox sahiblənməsini təmin edər.

Zərif, rahat çarşaflar ilə təbii məzmunlu əşyaların istifadəsi vaxtsız yataq otaqları yaratmanıza dəstək olur. Gənc Otağındakı tək nəfərlik çarpayıya  yataq örtüsü örtmək belə otağın vəziyyətini tamamilə dəyişə bilər.

Zövqlərinə Ən Uyğun Rəngləri Seçin

Gənc otağı dizaynını minimal saxladıqdan sonra əgər istəsəniz uşağınızın xarakterinə və zövqünə uyğun olaraq yenidən rəngləyə bilərsiniz. Sadəcə divar boyaları deyil, həm də divar kağızları bu məsələdə  sizə çox kömək edəcəkdir.

Romantik bir xarakter üçün balaca çiçəklərdən, daha üsyankar xarakterlər üçün həndəsi fiqurlar, təbiəti sevən gənclər üçün ağac və heyvan motivlərindən ibarət divar kağızları uşağınızın üslubunu otağa əks etdirmək üçün olduqca faydalı olacaqdır. Narahat edici və iştah açıcı olduğu üçün qırmızı rəngdən qaçınmalısınız. Qırmızının rəng çalarlarını yastıq, afişa, kiçik otaq dekorları, külək səsləri kimi əşyalarda istifadə edə bilərsiniz.

Neytral Bir Mövzu Seçib Müxtəlif Dizaynları Birləşdirin


Dediyimiz kimi, gənclər iki gündən bir fikirlərini dəyişə bilərlər. Buna görə də, pirat, dənizaltı dünyası kimi xüsusi bir mövzudan istifadə etmək yaxşı bir fikir olmaya bilər. Bunun əvəzinə, gənc otağına canlı bir vibe əlavə etmək üçün bir neçə fərqli dizayn ideyasını araşdırıb və birləşdirməyə nə deyirsiniz?

Minimalist bir dizayn kiçik otaqlar üçün ən yaxşı nəticələr verir. Bundan əlavə, hər cür dəyişikliyə uyğunlaşan bu üslubu zamanla asanlıqla dəyişə bilərsiniz.

İki mərtəbəli çarpayılar, açılan mebellər və neytral rənglər kimi minimalist dizayn ideyaları köməyə gələcək. Qalanı sizin fantaziyanıza bağlıdır.

Divar Dizaynı Üçün Boş Yer Ayırın.

Gənclər, müxtəlif həyatın sahələrinə olan maraqlarını araşdırarkən ilham almaq üçün divarlara stikerlər və afişalar asma həvəsində ola bilərlər. Onlayn oyunlar, avtomobillər, texnoloji nailiyyətlər, komikslər və filmlərdən seçilən personajlar və digər əşyalar maraqlandıra bilər. Həmçinin bəyəndikləri filmlərin və heyran olduqları aktyorların posterlərini də divardan asmaq istəyə bilərlər.


Gənc Otağı üçün  müxtəlif  Loqo üslubunda dekorların gənc otağın dekorasiyasında öz yerini tuta bilməsi üçün əhəmiyyətli bir boşluq buraxmaq vacibdir.

Hobi Güncü yaradın.


Hobbilərini və maraqlarını kəşf etməyə həsr olunmuş bir bölmə yaradın. Rəqs, rəsm, kitab oxumaq, şeir yazmaq, musiqi və ya heykəltəraşlığa maraq göstərə bilərlər. Bu maraqlarını daha da artırmaq üçün onlara şəxsi yer ayırmaq vacibdir.

Əgər onlar musiqi ilə maraqlanırlarsa, musiqi alətlərini yerləşdirmək və ya onlardan ən səmərəli istifadə etmək üçün kiçik bir künc yaratmaq faydalıdır. Əgər uşağınızın seçdiyi musiqi aləti baraban kimi səs-küylü alətdirsə, yarana biləcək səs-küyü azaltmaq üçün səs-küyün qarşısını alan panellər quraşdıra bilərsiniz.

Nəhayət, kiçik bir yataq otağı olsa belə, bir oxu küncü yaratmağı düşünün. Yeniyetmənin otağına ruhlandırıcı oxu küncü əlavə etməklə oxuma sevgisini təşviq edə bilər və ev tapşırığını daha cəlbedici hala gətirə bilərsiniz

Açıq Rəf İstifadə edin

Çoxlu açıq saxlama yeri təmin edən mebelləri seçin ki, beləliklə uşağınız onları istədikləri kimi dekor edə bilsin. Ən sevimli kitablarını və ya onu maraqlandıran əşyaları  nümayiş etdirə biləcəyi kitab rəfləri seçin.


Açıq Qəhvəyi Üçlü Rəf  Gənc otağı üçün ideal seçim olacaqdır.