İnsanlıq tarixinin ilkin peşələrindəm olan bağçılıq dövrümüzə qədər gəlib çatmış və bir peşə kimi öz aktuallığını qoruyub saxlamışdır. Dövrümüzdə bağların və əkin sahələrinin məhsuldarlığı üçün kifayət qədər yeni texnologiyalar və bağ alətləri mövcuddur. Minbir home- un online platformasından bağınızda sizə lazım olan bütün bağça məhsullarını(bağça malları) əldə edə bilərsiniz.
Bağ
alətləri
Bağ
alətləri dedikdə ilkin olaraq ağla gələn polad kürək, bağ qayçısı, dırmıq və s. olur.
Bağçada ağacların, kolların formalaşmasında, eyni zamanda nazik
budaqların kəsilməsində bizə lazım olan bağ
qayçılarının tutacaqlarının rahat olması, bıçaqlarının kəskin və poladdan
olması onun funksionallığını artıran amillərdəndir.
Torpağın yumşaldılmasında istifadə olunan dırmığın da funksionallığına və grünüşünə görə bir çox növləri vardır. Siz, dişlərinin sayına, iri yaxud xırda olmasına, dəmirdən və ya plastmasdan olmasına, tutacağının materialina, uzunluğuna görə müxtəlif növ dırmıqlara rast gələ bilərsiniz.
Dırmıq kimi kürək də bıçağının və tutacağının materialına, uzunluğuna və s. görə müxtəlif olur.
Bağ
maşınları
Bağda istifadə edə biləcəyimiz elektronik məhsulları da mövcuddur. Bunlara misal olaraq motopilanı (zəncirli mişar),odun kəsəni, ot biçəni göstərmək olar. Zəncirli mişar reduktor vasitəsilə mişar zəcirinə qoşulmuş iki vuruşlu benzin daxili yanma mühərriki ilə təhciz edilmişdir. Müasir zəncirvari nişanlarda təkər mişarçıya tərəf geri qayıtdıqda, zəncir qırıldığında və digər fövqəladə hallarda zənciri dərhal dayandıran əyləc mexanizmi də var. Ot biçən bağça maşınlarının bir növü olub, parkların, bağların abadlaşdırılmasında, yabanı otlardan təmişlənməsində istifadə olunur. Ot biçən aparatların benzin, elektrik, batareya və sadəcə əllə işləyən növləri vardır. Naxçıvanda yerləşən 1001 home -dan və ya online olaraq ot biçənlərin elektrikli (əl və ya özü yeriyən növu mövcuddur) formasını əldə edə bilərsiniz.
Bağ suvarma vasitələri
Torpağın münbitliyini artırmaq məqsədilə xüsusilə rütubət çatışmazlığı olan əkin sahələrində suvarnmanın rolu əvəzolunmazdır. Bu prosesi müxtəlif sulama vasitələri ilə həyata keçirmək mümkündür. Bunlardan ən çox istifadə olunanı şlanqlardır. Şlanqlar uzunluğuna və növünə görə fərqli olur. Bunlara misal olaraq ipli şlanq barabanlarını, damcı və divara bərkidilə bilən şlanqları göstərə bilərik. Bundan əlavə, suvarmanı daha da yaxşılaşdırılması üçün şlanqlarla yanaşı nasos və hidraforlardan, baymak hidroforundan, fiskiye tapancadan və s. istifadə etmək mümkündür.
Sulama
alətləri
Minbir
home-dan suvarmanı daha da
yaxşılaşdırmaq, su təzyiqi zamanı baş verə biləcək təhlükələrin qarşısını
almaq üçün istifadə edə biləcəyiniz bir
çox məhsulları (hidroforlar,
su nasosları, quyu nasosu, şlanq birləşdiricilər, kilitli dirsəklər, genleşme
tankı, pprc boru və s.) əldə edə bilərsiniz. Məhsullardan istifadə etdikcə
onların müəyyən hissələrinin sıradan çıxması təbii haldır ki, bunun üçün də məhsulların
özü ilə yanaşı, nasos kondensatoru,
nasos klapanı ehtiyat hissələrini
də bizdən əldə etməyiniz mümkündür. Ehtiyat
hissələri tək suvarma texnikaları üçün deyil, eyni zamanda digər məhsullar
üçün də nəzərdə tutulmuşdur. Bunlara misal olaraq calaq aparatı gülləsi, otbiçən üçün karburyator və maşın yağını göstərə
bilərik.
Bağ üçün əl alətləri
Bağlarımızın olmazsa olmazı kiçik əl alətləridir. Taxıl və ot
biçininda istifadə edilən kiçik alətlərdən biri də həcmcə çox böyük olmayan,
taxta və dəmir qulplu oraqlardır. Kiçik alətlərə demək olar ki, hər bağ evində
mövcud, ağacların gərəksiz budaqlarından arınmasında istifadə olunan budama qayçısı və digər qayçıları, böyük daşların çox olduğu
bağçalarda daşların qırılması üçün istifadə
olunan qazma alətini misal
göstərə bilərik.
1001 home mağazasından evinizə, bağınıza lazım olan hər şeyi rahatlıqla tapa bilərsiniz. Bağınızda əkinlə yanaşı toyuq-cücə saxlayırsınızsa, qapaqlı cücə yemliyimiz də tam sizlik bir məhsul ola bilər.